Icma.az
close
up
RU
Ronaldodan sonra Qurban Qurbanov… “Birmənalı olaraq layiqdir”

Ronaldodan sonra Qurban Qurbanov… “Birmənalı olaraq layiqdir”

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2025-ci il "Portugal Football Globes" mükafatlandırma mərasimində “Globe Prestige” mükafatına layiq görülüb. O, bu mükafatı Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə alıb.

Uzun illərdir ardıcıl olaraq Azərbaycan təmsilçisi "Qarabağ" klubunu beynəlxalq turnirlərə çıxaran Qurban Qurbanov Azərbaycan futbolu adına gözlənilməz nəticələrlə yadda qalır. Prezident İlham Əliyev də komandanı qəbul edib, dövlət başçısının sosial media hesabında klubun ünvanına təbrik paylaşımları yer alıb.

Maraqlıdır, bütün bunların fonunda Qurban Qurbanovun təltif olunması mümkündürmü? 

“CBC Sport”un aparıcısı Rəvan Mahmudzadə Ölkə.Az-a açıqlamasında bildirib ki, dünya ulduzu Kriştiano Ronaldonun öz ölkəsində “Globe Prestige” mükafatını alması ağıllara “bizim ölkədə belə mükafat olsa kimə verilərdi?” suallını gətirir:

"Birmənalı olaraq hazırda ölkə idmanında bir nəfərin adı var ki, bu şəxs mənə görə bu və bundan artıq mükfatlara layiqdir. Təbii ki, söhbət futbolumuzun dahisi Qurban Qurbanovdan gedir. Açığı, tək bu mövsüm deyə bilməyəcəyəm, illərdir, bizi dünya arenasında qürurlandıran, üzümüzü güldürən “Qarabağ”ın uğurlarının əsas memarının məhz Qurban Qurbanov olduğu hamıya məlumdur.

Mütəxəssisin artıq belə prestijli bir mükafata layiq görülməsinin vaxtının çatdığını bildirməliyəm. Düzdür, Qurban Qurbanov hər il müxtəlif informasiya vasitələri tərəfindən ilin ən yaxşı idman adamı və yaxud məşqçisi seçilir. Lakin düşünürəm ki, artıq ölkəmizdə konkret bir mükafat verəcək qurum olmalıdır ki, o ilin “idman adamı” nominasiyasında yalnız bir nəfəri mükafatlandırmalıdır. Buna da əsas namizədin elə Qurban Qurbanov olduğunu düşünürəm.

Qurban müəllimin açığı belə mükafatlarda gözünün olduğunu düşünmürəm. Adam öz işini durmadan ən pik həddində görür və hər il də azarkeşlərin, xalqın sevgisini artıqlamasıyla alır. Düşünürəm ki, məhz cənab Qurbanova ən böyük mükafat da, günü-gündən böyüyən, tükənməz azarkeş sevgisidir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri