Ronaldonu pisləməyim üçün çoxlu pul təklif edildi İllər sonra AÇIQLADI
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun keçmiş sevgilisi, britaniyalı model və aparıcı Cemma Atkinson uzun illər sonra münasibətləri ilə bağlı diqqətçəkən etiraf edib.
Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, Atkinson bildirib ki, ayrılıqdan sonra ona Ronaldonun ünvanına mənfi fikirlər səsləndirməsi üçün böyük məbləğdə pul təklif olunub. Lakin o, bu təklifi qəbul etmədiyini deyib.
"Atdığım heç bir addımdan peşman deyiləm. Ayrıldıqdan sonra mənə onun haqqında pis danışmağım üçün kifayət qədər yüksək məbləğ təklif etdilər. Amma mən bunu etmədim. Çünki onun haqqında deyə biləcəyim mənfi bir söz yox idi".
Atkinson qeyd edib ki, şəxsi münasibətlərin mediada qalmaqala çevrilməsini istəməyib və sensasiya xatirinə açıqlama verməyi düzgün saymayıb. O, ayrılıqdan sonra susqun qalmağı seçdiyini və keçmiş münasibətinə hörmətlə yanaşdığını bildirib.
Modelin bu sözləri sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Fevral 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















