Ronaldu “Əl Nəsr”də söz sahibinə çevrilir: 25 faiz səhm
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu komanda ilə bağlı yeni status qazana bilər.
İdman.Biz “Cabine Desportiva”ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Liqasının məsləhətçisi, avstriyalı mütəxəssis Bernd Fisa danışıb. Onun sözlərinə görə, 41 yaşlı futbolçu uzunmüddətli plan çərçivəsində “Əl-Nəsr”in səhmlərinin 25 faizinə sahib olacaq.
Bu iddia Ronaldunun Səudiyyə Ərəbistanındakı rolunun yalnız meydanla məhdudlaşmadığını göstərir. Portuqaliyalı hücumçu 2023-cü ilin yanvarında azad agent kimi “Əl-Nəsr”ə keçib. Onun transferindən sonra Səudiyyə Pro Liqasına maraq ciddi şəkildə artıb, ölkə futboluna bir sıra tanınmış ulduzlar cəlb olunub.
Ronaldu “Əl-Nəsr”də çıxış etdiyi müddətdə komanda ilə iki titul qazanıb. O, 2023-cü ildə Ərəb Klubları Çempionlar Kubokunun, 2025/2026 mövsümündə isə Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 İyun 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















