Ronaldu və Corcina evlənirlər Toyun təfərrüatı açıqlanıb
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu və onun sevgilisi Corcina Rodriqes gələn həftənin sonunda evlənəcəklər.
Moderator.az bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Ulduzların əhatəsində olan insayder bildirib ki, Kriştianu Ronaldu və Corcina Rodriqesin nikahı Funşal kilsəsində baş tutacaq.
Bundan sonra qonaqların dörd restoranın yerləşdiyi beşulduzlu "Savoy Palace" hotelinə toy ziyafətinə yollanacağı gözlənilir. Bununla belə, cütlük şayiələrə münasibət bildirməyib.
"Hotel qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlı olacağı barədə xəbərdarlıq edilib", - deyə mənbə bildirib.
Buna qədər sevgililərin toyunun bu həftəsonu Sintradakı "Kinta da Reqaleyra" mülkündə baş tutacağı ehtimal edilirdi.
Xatırladaq ki, keçən il avqustun 11-də Corcina Rodriqes "Instagram" hesabında Kriştianu Ronalduya ərə getdiyini elan etmişdi. Qız üzərində üç qaş olan nişan üzüyü ilə fotosunu paylaşmışdı. Zərgər Acay Anandın fikrincə, bəzək əşyası üçün çəkisi təxminən 30 karat olan "D" kateqoriyalı brilyant seçilib. Məmulatın təxmini dəyəri 5 milyon dollar təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Avqust 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















