Ronaldudan azarkeşlərini üzəcək AÇIQLAMA
Icma.az bildirir, Bizim media portalına istinadən.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu cari mövsümün onun peşəkar futbolçu karyerasında sonuncu ola biləcəyini istisna etməyib.
Bizim.Media "Record" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu gələcək planları barədə danışarkən yekun qərarının olmadığını bildirib:
"Bilmirəm, cavabı bilmək istərdim, amma bilmirəm. Çox güman ki, bu mənim son ilimdir. Son oyunumun nə vaxt olacağını özüm açıqlayacağam".
Qeyd edək ki, Çempionlar Liqasının beşqat qalibi, iki dəfə Millətlər Liqasının çempionu, Avropa çempionu və beş "Qızıl top" sahibi olan Ronaldu cari Dünya Çempionatı ərəfəsində bu turnirin onun üçün sonuncu olacağını bəyan etmişdi. Lakin Portuqaliya millisi 1/8 finalda İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı və təcrübəli hücumçu dünya çempionu titulunu qazana bilmədi.
Buna baxmayaraq, Ronaldu milli komanda forması ilə vurulan qollar və keçirilən oyunların sayına görə dünya rekordçusu olaraq qalır — o, 233 rəsmi matçda 146 dəfə fərqlənib. Portuqaliyanın Dünya Çempionatlarındakı ən böyük uğuru isə 2006-cı ildə qazanılan 4-cü yerdir və Ronaldu həmin vaxt da yığmanın heyətində mübarizə aparırdı.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















