Icma.az
close
up
RU
Rostislav Pevtsov: Azərbaycan mənə inkişaf etmək, yüksək səviyyəyə çıxmaq və özümü reallaşdırmaq imkanı verdi MÜSAHİBƏ

Rostislav Pevtsov: Azərbaycan mənə inkişaf etmək, yüksək səviyyəyə çıxmaq və özümü reallaşdırmaq imkanı verdi MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Rostislav Pevtsov karyerasında yeni mərhələyə qədəm qoyub. Üç dəfə Olimpiadada iştirak edən, on il ərzində Azərbaycan bayrağı altında çıxış edən idmançı “Ironman” yarışlarında da uğurlar qazanıb. İndi triatlonçu "dəmir məsafə" üzrə dünya çempionatında iştirak etməyə hazırlaşır.

Pevtsov bu illər ərzində yadda qalan anları, yeni hədəfləri və başqa məqamları İdman.biz-ə müsahibəsində danışıb.

- Rostislav, siz artıq “Ironman” yarışlarına keçmisiniz, əvvəlcə Emilia-Romanyadakı yarışda ikinci, sonra isə Krakovda üçüncü yeri tutmusunuz. Demək, karyeranızı yenilədiniz?

- Bəli, bunu yeni bir fəsil adlandıra bilərik. Olimpiya triatlonunda uzun illərdən - üç Yay Olimpiadasında iştirak etdikdən sonra başqa formatda, yeni çağırışda özümü sınamaq istədim. “Ironman” tamamilə fərqli səviyyədə sınaqlardır və mənim üçün yeni həyəcanı hiss etmək, məşqlərdə, yarışlarda və özüm haqqında yeni şeylər kəşf etmək fürsətidir.

- Şübhəsiz, “Ironman”a hazırlıq Olimpiya triatlonu məsafələrindən çox fərqlidir. "Dəmir" yarışına yaxşı hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Fərq böyükdür. Olimpiya triatlonunda çox şey sürət və intensivlik ətrafında qurulur, burada isə dözümlülük və gücün düzgün paylanması önə çıxır. “Ironman”a hazırlaşmaq üçün bir neçə ay sistematik iş tələb olunur, burada yalnız həcim deyil, düzgün bərpa, qidalanma və psixoloji hazırlıq da çox önəmlidir.

- Keçən il “Ironman” dünya çempionatında çıxış etmək hüququ qazandığınız zaman dediniz ki, yeni məqsəd və motivasiya yaranıb. Rostislav Pevtsovdan belə prestijli startda nə gözləmək olar?

- Bəli, keçən il mən Marbelada “Ironman” yarım məsafəsində dünya çempionatına vəsiqə qazandım və bu mənim üçün yeni məqsəd və motivasiya oldu. Bu məsafədə özümü tam reallaşdırmaq istəyirəm. Eyni zamanda yaxın vaxtlarda əsas hədəfim növbəti ildə tam məsafədə Havay adalarındakı dünya çempionatına vəsiqə qazanmaqdır. Bu, hər triatlonçunun arzusu olan xüsusi yarışdır və buna hazırlaşıram.

- Üç Yay Olimpiadasında ardıcıl çıxış etmək hər kəsə nəsib olmur. Olimpiadaları nə qədər xatırlayırsınız və hansı yarış daha çox yadda qalıb?

- Mənim üçün ən xüsusi Parisdəki son Olimpiada oldu. Orada çox emosional idim, çünki yanımda ailəm və böyük dəstək vardı, bu mənə xüsusi güc verdi. İçimdə bilirdim ki, bəlkə də bu, Azərbaycanın bayrağı altında son Olimpiadam olacaq. Bütün bunlar Paris-2024-ü mənim üçün unikal və unudulmaz etdi.

- Siz on il Azərbaycan bayrağı altında çıxış etdiniz, Avropa Oyunlarının bürünc medalçısı və qitənin ən yaxşı triatlonçusu titulundan üçqat Olimpiada iştirakçısına qədər irəlilədiniz. Bu illərdə ən çox nələr yadda qalıb?

- Bu, həyatımın böyük bir hissəsidir. Azərbaycan mənə inkişaf etmək, yüksək səviyyəyə çatmaq və idmançı kimi özümü reallaşdırmaq imkanı verdi. Avropa Oyunlarında bürünc medal qazanmağım karyeramın ən parlaq anlarından biridir, həmçinin Avropanın ən yaxşı triatlonçusu titulu. Bu illər, təcrübə və əlbəttə ki, işlədiyim, tanış olduğum insanlar mənim üçün çox önəmlidir.

- Olimpiya triatlonunu artıq arxada qoymusunuz, yoxsa ona qayıtmaq ehtimalını da düşünürsünüz?

- Bitdi deyib, nöqtə qoymağı sevmirəm. İndi tam məsafələrə fokuslanmışam, amma bəzən Ukrayna üçün Olimpiya məsafəsində çıxış edirəm ki, sürətimi və bu formatla əlaqəmi qoruyum. Yəni tamamilə getməyi düşünmürəm, idman həmişə sürprizlərə açıqdır.

- Gələcək üçün hansı planlarınız var, karyeranızın inkişafını necə görürsünüz?

- Əsas məqsədim uzun məsafələrdə özümü maksimum reallaşdırmaq, dünya çempionatında və “Ironman” seriyalarında nəticə göstərməkdir. Yüksək səviyyədə rəqabətqabiliyyətli olmaq mənim üçün vacibdir. Eyni zamanda məşqçi kimi də inkişaf edirəm, gənc idmançılara təcrübəmi ötürürəm. Yolum yalnız şəxsi nəticələrdən ibarət deyil, həm də triatlonun ətrafımda inkişafı üçün çalışıram.

Zəki Feyzullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri