Rövlan Muradov: Bizi istər evdə, istərsə də səfərdə çətin oyun gözləyir
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Zirə"dən təklif ani gəldi. Keçidim baş məşqçi Rəşad Sadıqovun istəyi ilə baş tutdu".
Bu sözləri Sport24.az-a "Zirə"nin yeni transferi Rövlan Muradov deyib.
O, yeni komandasının iddiasından danışıb:
"Rəhbərliyə, məşqçilər korpusuna mənə inandıqları üçün təşəkkür edirəm. Qarşıda Konfrans Liqasında oyunumuz var. "Hayduk" güclü klubdur. Bizi istər evdə, istərsə də səfərdə çətin oyun gözləyir. "Zirə" oturuşmuş və balanslı komandadır. Klubun iddiası bəllidir. Növbəti mövsüm uğurlu olmağa çalışacayıq".
Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində "Qəbələ", "Slaviya B" və "Sumqayıt"da çıxış edib.

Rövlan Muradov Zirə də RƏSMİ
01 İyul 2025 14:24
Rövlan Muradov Neftçi yə keçir?
04 İyun 2025 11:18
Rövlan Muradov 3 həftəlik sıradan çıxdı
26 Avqust 2025 18:00
Rövlan Muradov: “Əsas istəyim ölkə xaricində çıxış etməkdir”
04 İyun 2025 14:44
Rövlan Muradov: Sadə bir vəziyyətdə qapımızdan top buraxdıq
23 İyul 2025 22:12

