Icma.az
close
up
RU
Rövnəq Abdullayev və Elxan Məmmədov həbs oluna bilər? Yeni DETALLAR

Rövnəq Abdullayev və Elxan Məmmədov həbs oluna bilər? Yeni DETALLAR

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq futbolda maliyyə pozuntularına qarşı ciddi tədbirlər görülür. Məsələn, FİFA tərəfindən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı qalmaqalda Konqo Futbol Federasiyasının sabiq prezidenti ömürlük, keçmiş baş katibi isə 5 il həbs cəzası alıb. Bu fakt göstərir ki, futbol qurumlarında maliyyə pozuntuları sübuta yetirilərsə, məsul şəxslər ciddi cəzalandırıla bilər.

Azərbaycanda isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) illərlə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi ilə bağlı iddialar səslənir. Uzun müddət quruma rəhbərlik etmiş Rövnəq Abdullayev və federasiyanın keçmiş baş katibi Elxan Məmmədov bu dövrdə əsas idarəedici şəxslərdən olublar.

AFFA-da mənimsəmə sübuta yetirilərsə, Rövnəq Abdullayev və Elxan Məmmədov məsuliyyətə cəlb oluna bilərmi?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, AFFA qeyri-kommersiya təşkilatı olduğu üçün hər il maliyyə və fəaliyyət hesabatları təqdim etməlidir:

“Bildiyimə görə, xüsusilə də Rövnəq Abdullayevin rəhbərliyi dövründə bu hesabatların auditi beynəlxalq şirkətlər tərəfindən aparılırdı. Həmin audit prosesləri çərçivəsində müxtəlif maliyyə məsələləri, o cümlədən beynəlxalq futbol qurumları tərəfindən, xüsusilə FİFA tərəfindən ayrılan vəsaitlərin istifadəsi də yoxlanılırdı. Əgər bu vəsaitlərin mənimsənilməsi ilə bağlı hər hansı faktlar və ya sübutlar ortaya çıxarsa, məsələ artıq hüquqi müstəviyə keçir. Belə halda Azərbaycan hökumətinə müraciət olunmalı və məsələ Baş Prokurorluq səviyyəsində araşdırılmalıdır. Əgər mənimsəmə faktı təsdiq olunarsa, bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mənimsəmə ilə bağlı maddələrinə uyğun olaraq qiymətləndirilir”.

Mehman Muradlı

Vəkil bildirib ki, cəzanın ağırlığı mənimsənilmiş məbləğin həcmindən asılıdır:

“AFFA kimi böyük maliyyə dövriyyəsi olan bir qurumda isə adətən iri məbləğlərdən söhbət gedir. Belə hallarda qanunvericilikdə nəzərdə tutulan sanksiya təxminən 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası ola bilər. Təbii ki, bu cür məsuliyyət yalnız mənimsəmə faktı tam sübut olunduğu halda tətbiq edilir.

Qanunvericiliyə görə, müəyyən hallarda dəymiş zərər tam ödənilərsə və əlavə olaraq zərərin müəyyən hissəsi dövlət hesabına qaytarılarsa, həmin şəxslərin cinayət məsuliyyətindən azad olunması da mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Mart 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri