Icma.az
close
up
RU
Rövşən Namazov: Doğma Azərbaycanımızı xaricdə ləyaqətlə təmsil etmək hər birimizin müqəddəs borcudur

Rövşən Namazov: Doğma Azərbaycanımızı xaricdə ləyaqətlə təmsil etmək hər birimizin müqəddəs borcudur

Icma.az bildirir, Azertag portalına istinadən.

Batumi, 25 may, AZƏRTAC

Batumidəki bütün azərbaycanlılar tarixi vətənimiz olan Azərbaycanla qürur duyurlar. Biz harada yaşamağımızdan, fəaliyyət növündən asılı olmayaraq, doğma Azərbaycan barədə düşünməliyik, onu ləyaqətlə, şərəflə təmsil etməliyik. Hamımızın arxasında dünyada söz sahibi olan qüdrətli Azərbaycan dövləti dayanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Batumidəki Azərbaycan diasporunun rəhbəri Rövşən Namazov söyləyib.

O qeyd edib: “Biz diaspor olaraq təkcə Azərbaycan vətəndaşlarının deyil, soydaşlarımızın da qayğısına qalırıq. Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılarla bağlı elə bir siyasət həyata keçirir ki, bütün azərbaycanlılar qayğı ilə əhatə olunurlar. Mən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”.

Onun sözlərinə görə, azərbaycanlılar Gürcüstanın, o cümlədən Acarıstan Muxtar Respublikasının ictimai həyatında fəal rol oynayırlar. Bu gün Batumidə xeyli sayda azərbaycanlı iş adamı, həkim, müəllim və digər peşə sahibi yaşayır və çalışır. Yerli əhalinin onlara böyük hörməti və etibarı var.

R.Novruzov deyir ki, Azərbaycanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr təkcə yerli xalqların və soydaşımızın deyil, digər ölkələrin xalqlarının da rifah halının yaxşılaşmasına xidmət edir. Hamı bunu görür və dəyərləndirir.

Qeyd edək ki, R.Novruzov və böyük qardaşı Birinci Qarabağ müharibəsində iştirak ediblər. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi bütün azərbaycanlılar Kimi, onların da sevincinə səbəb olub.

Novruzov qardaşları indi də Vətəndən gələn hər bir şəxsə, xüsusən də şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına böyük diqqət göstərirlər. Onlar bunu özlərinə müqəddəs borc hesab edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri