Rövşən Rüstəmov: HoradizAğbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %i yerinə yetirilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
O qeyd edib ki,Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib:
"Tunellərin biri artıq tam bitib, ikinci tuneldə qazıntı işləri aparılıb. Demək, Horadiz-Ağbənd dəmir yolu ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir"
R. Rüstəmov həmçinin əlavə edib ki, Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















