Rövşən Rüstəmov: Orta Dəhlizdə yüklər 100% yaşıl enerji ilə daşınacaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Orta Dəhliz üzrə yükdaşımalar 100% yaşıl enerji ilə təmin ediləcək.
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda dekarbonizasiya ilə bağlı Asiya İnkişaf Bankı ilə birgə layihə həyata keçirilir. Bu günlərdə Bankın missiyası Bakıda idi, onlar dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin razılığını bildirdilər. Bununla da biz Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100% yaşıl enerji ilə daşınmasını təmin edəcəyik", - deyə o qeyd edib.
Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bakı-Tbilisi-Qars dəmiryol xətti dəhlizin bir hissəsidir.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 12 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















