Röya Ayxandan yeni layihə: “Nuş olsun” klipi təqdim olundu FOTOLAR
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Xalq artisti, müasir estrada musiqisinin sevilən siması Röya Ayxan yeni klipini tamaşaçıların ixtiyarına verib. SİA xəbər verir ki, müğənninin fərqli tərzi ilə təqdim etdiyi yeni mahnı “Nuş olsun” adlanır.
Layihə həm musiqi, həm də vizual baxımdan yüksək səviyyədə hazırlanıb. Bəstənin söz müəllifi tanınmış şair Altay Yaşar, musiqi müəllifi isə istedadlı bəstəkar Fərid Kərimlidir.
Klipin rejissoru peşəkar ekran işləri ilə seçilən Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur. Röya Ayxanın səhnə obrazı üzərində isə ölkənin aparıcı stilistlərindən biri – Elnur Həsənov çalışıb.
“Nuş olsun” klipi artıq müxtəlif rəqəmsal platformalarda yayımlanıb və ilk gündən etibarən izləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Oktyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















