Röya: “VERDİM, GETDİ” VİDEO
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pop kraliça Röya Ayxan bu gün “Verdim getdi” adlı yeni sinqlını sevənlərinin ixtiyarına verib. Mahnının sözləri Həsən Babayevə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur. Bəstənin aranjimanı və miksi üzərində Tərlan Məmmədhüseynov çalışıb. Xalq artisti bu mahnısına da, Türkiyədə ekran həyatı verib. “Verdim getdi” mahnısına klipi məşhur türk sənətçilərinin klipmeykeri Ramazan Arslankaya çəkib.
Demokrat.az xəbər verir ki, pop ulduz bu klipində 6 fərqli obrazı canlandırıb. Məşhur modellərin xüsusi olaraq Röya Ayxan üçün hazırladığı ekstravaqant üslubda geyimləri klipə xüsusi rəng qatıb. Ekran işi üzərində böyük rəssam, stilist və xoreoqrafdan ibarərət komanda çalışıb.
Klipdə Röya Ayxanı Türkiyənin məşhur pop sənətçisi Hadisənin rəqqas qrupu müşayət edib. Böyük maliyyə tutumlu klipə pop ulduz külli miqdarda pul xərcləyib. Sənətçi məşqlər zamanı dəfələrlə İstanbula səyahət edib, geyimlər xüsusi olaraq hazırlanıb, ümumi proses 2 ay müddətinə yekunlaşıb. Ekran işinin layihə rəhbəri Anar Ağakişiyevdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















