Ruanda Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsini öyrənməkdə maraqlıdır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 iyul, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı agentliyin icraçı direktorunun müavini Tural Hacılı qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Səfir Çarlz Kayonqa ölkəsinin Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. Qeyd edib ki, xarici ölkələrdə keçirilən tədbirlər üzrə məlumat mübadiləsinin aparılması və bu platformaların ölkələrimizin işgüzar dairələri arasında təmasların artırılması üçün istifadə etmək olar.
Ardınca tərəflər arasında qarşılıqlı ticarət, mədənçilik və turizm sahələrində tərəfdaşlıq və investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb, həmçinin ixrac potensialına malik məhsulların potensial tədarükü müzakirə olunub.
Bununla yanaşı, Azərbaycanın Asiya ilə Avropanı birləşdirən strateji mərkəz kimi mövqeyinin Ruandanın ixrac imkanlarının və digər bazarlara çıxışının genişləndirilməsində əhəmiyyətli rol oynaya biləcəyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 İyul 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















