Icma.az
close
up
RU
Ruben Vardanyan məhkəmədə “VoMa” təşkilatı ilə bağlı suallara cavab vermədi: səs yazıları ortaya qoyuldu

Ruben Vardanyan məhkəmədə “VoMa” təşkilatı ilə bağlı suallara cavab vermədi: səs yazıları ortaya qoyuldu

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəməsi martın 4-də davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində Ruben Vardanyan özünün seçdiyi dildə - rus dilində tərcüməçi ilə təmin olunub. Həmçinin onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edir.

Məhkəmə prosesində prokurorlar Ruben vardanyana cinayət işinin materiallarındakı sübutlarla bağlı suallar veriblər.

Məsələn, suallardan biri “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında vatsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar barədə olub. Ondan bu təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə soruşulub.

Prokurorlar R.Vardanyandan həmçinin həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olunub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejimin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsini də soruşublar.

R.Vardanyana ünvanlanan suallar arasında təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri də olub. Dövlət ittihamçıları Ruben Vardanyanın bu şəxslə “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmaları nümayiş etdirərək, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar veriblər.

Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Məhkəmə baxışı zamanı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış cinayət işi üzrə toplanılmış materiallar, o cümlədən cinayət işi üzrə sübut kimi çıxış edən Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı vatsap, “Signal” və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında nümayiş etdirilib.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin olunub.

Əvvəllər Rusiya vətəndaşı olmuş, hazırda isə Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, eyni zamanda, orada “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü ildə Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupları yaratma – adamların həlak olmasına səbəb olduqda) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində axtarış elan edilib. O, 27 sentyabr 2023-cü ildə saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək , Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri