Icma.az
close
up
RU
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Qasim Məmmədhəsənovun hüquqi varisi – atası Bilal Məmmədhəsənov ifadəsində oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş şəxs Rizvan Əhmədovun hüquqi varisi – anası Məkkə Əhmədova ifadəsində oğlunun Xocalı şəhərində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini deyib.

Zərərçəkmiş şəxs Tural Seyidovun hüquqi varisi – anası Fəridə Seyidova oğlunun Xocalıda “KamAZ" markalı avtomobili idarə edərkən düşmən tərəfindən basdırılan minanın partlaması nəticəsində həlak olduğunu söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Ramin Hüseynovun hüquqi varisi Gülbəniz Əmiraslanova qeyd edib ki, oğlu Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxs Azər Məmmədovun hüquqi varisi – atası Mustafa Nemətov ifadəsində vurğulayıb ki, oğlu Zəngilanda düşmənin snayperdən açdığı atəş nəticəsində həlak olub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Məmməd Mərdanovun hüquqi varisi – atası Ələddin Mərdanov oğlunun tankəleyhinə minaya düşərək həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs İlham Şəmşiyevin hüquqi varisi Şahmar Şəmşiyev isə qardaşının Ağdərədə düşmənin təxribatı nəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Əli Tağıyevin hüquqi varisi Səid Tağızadə ifadəsində diqqətə çatdırıb ki, qardaşı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Ağdamda həyatını itirib.

Zərərçəkmiş şəxs Mirzəəli Mirzəzadənin hüquqi varisi – atası Kamran Mirzəyev oğlunun düşmənin təxribatı nəticəsində Ağdərədə həlak olduğunu deyib.

Zərərçəkmiş şəxs Nail Süleymanlının hüquqi varisi – atası Səfər Süleymanov ifadəsində qeyd edib ki, oğlu düşmənin təxribatı nəticəsində Xankəndidə həyatını itirib.

Zərərçəkmiş şəxs Röyal Beydiyevin hüquqi varisi – atası Nəsib Beydiyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində Xocavənddə həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs Kənan Ağayevin hüquqi varisi – atası Vahid Ağayev oğlunun düşmənin təxribatı nəticəsində Xocavənddə snayperlə açılan atəş nəticəsində həlak olduğunu vurğulayıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkmiş şəxs Vüsal Şəhriyarovun hüquqi varisi – atası Təbiyyət Şəhriyarov oğlunun Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkən Vurğun Gülməmmədov ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində düşmənin təxribatı zamanı snayper silahından açılan atəş nəticəsində bud-çanaq nahiyəsindən xəsarət alıb.

Əhləm Məmmədov ifadəsində Laçın rayonunun ərazisində düşmənin atdığı artilleriya mərmisinin partlaması nəticəsində Ömər Şirinovun həlak olduğunu, özünün və Faiq Cəfərovun, daha bir neçə nəfərin müxtəlif növ bədən xəsarətləri aldıqlarını deyib.

Zərərçəkən Röyal Məmmədov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt Emin Qarayev isə həlak olub.

Sabutay Ağabağırov ifadəsində deyib ki, Ağdərə rayonunda düşmənin atdığı artilleriya mərmisi nəticəsində o, eyni zamanda, yanında olan yoldaşları Əli Heydərov, Samir Kərimov, Şamxal Qasımov, Ceyhun Abbasov, Tural Quliyev, İsgəndər Hüseynov və Əlizamin İsmayılov xəsarətlər alıblar.

Düşmən tərəfindən Ağdam rayonu istiqamətində avtomat silahlarından açılmış atəş nəticəsində sol qarın boşluğundan güllə yarası aldığını söyləyən Ülvi Həsənov ifadəsində bildirib ki, həmin vaxt Röyal Məmmədov və Murad Eyyubov həlak olublar.

Ehtiram Allahyarov Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində Xocalı rayonu ərazisində güllə yarası aldığını deyib. O, təxribat zamanı Ramil Rzayevin və Sergey Heybətovun həyatlarını itirdiklərini bildirib.

Zərərçəkən Əli Cəfərli ifadəsində Ağdərə rayonundan Ağdam rayonuna geri qayıdarkən düşmən tərəfindən topdan açılan atəş nəticəsində müxtəlif nahiyələrindən qəlpə yarası, həmçinin kəllə-beyin travması aldığını vurğulayıb.

Ağdamın Papravənd kəndində idarə etdiyi avtomobilin düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində vurulduğunu deyən zərərçəkən Elşən Zərbalıyev diqqətə çatdırıb ki, o, hadisə zamanı xəsarət alıb.

Vüsal Lətifov ifadəsində bildirib ki, düşmənin təxribatı nəticəsində Ağdərə rayonu ərazisində Emin Abbaszadə və Ülvi Mikayılov həlak olub, özü isə yaralanıb.

Zərərçəkən Sərxan Kərimli vurğulayıb ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində düşmənin yerləşdirdiyi qumbaranın partlaması nəticəsində xəsarət alıb.

Əvəzağa Abdullazadə ifadəsində deyib ki, o, Ağdərə və Xankəndi rayonları arasında, Narınclar kəndi istiqamətində qarşı tərəfin atdığı “F1” əl qumbarasının partlaması nəticəsində xəsarət alıb. Zərərçəkən hadisə zamanı daha 8 nəfərin yaralandığını vurğulayıb.

Zərərçəkənlər Vətən Verdiyev, İlkin İbrahimov, Şamxal Qasımov, Emin Cəfərov, Vaseh Eyvazov, Əmrah Əliyev, Şaiq Yediyarov və Şirxan Mustafayev ifadələrində düşmənin təxribatları nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını qeyd ediblər.

Ramil Allahyarov, Samir Mirzəyev, Elvin Məmmədov, Rəvan Şəfizadə və İmran Bayramov ifadələrində Kəlbəcər istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər.

Digər zərərçəkənlər Vasif Məmmədov, Rüstəm İsmayılov, Toğrul Nəcizadə, Altay Əhədov, Rəcəbəli Mirzəzadə, Rəşad Hudulov, Eltac Xəlilov, Elxan Məmmədzadə, Pərvin Səfərov və Sahib Bağırov ifadələrində Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində xəsarətlər aldıqlarını söyləyiblər.

Eldar Abbasov ifadəsində bildirib ki, Xankəndi şəhəri ərazisində yerləşən düşmən tərəfindən atılan pilotsuz uçuş aparatının yaxınlığına düşərək partlaması nəticəsində yanında olan Seymur Şabiyev həlak olub, o və Qismət Şükürov, Vurğun Sayılov, Vüsal Hüseynov, Nəsimi Ələkbərov xəsarətlər alıblar.

Zərərçəkən şəxs Qəhrəman İsmayılov ifadəsində deyib ki, düşmən tərəfindən Xocavənddə onların olduğu ərazi əvvəlcə raketlə vurulub, sonra digər silahlarla hədəf alınıb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb, Vüsal Rüstəmov, Elvin Əliyev və Əlibəy Əlibəyov həlak olublar.

Rüfət Səlimov qeyd edib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində o və yanında olan Azad Allahverdiyev xəsarətlər alıb.

Zərərçəkən Ceyhun Əsgərov ifadəsində diqqətə çatdırıb ki, Ağdərə rayonu ərazisində olarkən qarşı tərəfdən təcili tibbi yardım avtomobilinə atılmış iriçaplı mərminin partlaması nəticəsində o və tibb məntəqəsinin həkimi Yasin Quluzadə xəsarətlər alıb.

Tahir Zeynalov, Elsevər Kərimov, Qismət Şükürov Xankəndi, Hazar Bəndəliyev, Dünyamin Əzizov Xocavənd, Samir Zamanov, Əbülfəz Məlikov, Əli Babayev, Pərvin Əhmədli, Zakir Cəbrayılov, Taleh Zeynalov Ağdam istiqamətlərində düşmənin açdığı atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Digər zərərçəkənlər Sirus Qalallı, Umud Əliyev, Nemət Əskərov, Kamran Muradov, Famil Hüseynov, Alim Gülmalıyev, Vüqar Yusifov, İlyas Sadıqov, Rövşən Cəfərov, Ehtibar Abasquliyev də ifadələrində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 2-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri