Rubio: ABŞ yaxın günlərdə Ukraynada münaqişəyə son qoymaq perspektivlərini müəyyən edə bilər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ yaxın bir neçə gün ərzində Ukraynada münaqişənin diplomatik yollarla bitməsinin mümkün olub-olmadığını anlaya biləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" ABŞ dövlət katibi Marko Rubionun bəyanatına istinadən məlumat verib.
ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, hər iki tərəf sülhə nail olmaq üçün ciddi maraq nümayiş etdirərsə, Vaşinqton münaqişənin həllinə yardım etməyə hazırdır.
Dövlət katibi Ukrayna nümayəndələri ilə bir gün əvvəl Parisdə keçirilən danışıqları müsbət qiymətləndirib. ABŞ yaxın vaxtlarda Vaşinqtonun nizamlanma ilə bağlı təkliflərinə Ukrayna tərəfdən cavab alacağını gözləyir.
Xatırladaq ki, dünən Fransanın paytaxtında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna diplomatlarının görüşü baş tutub. Danışıqlardan sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqtonun təqdim etdiyi Ukrayna üzrə mümkün sazişin konturları iştirakçılar tərəfindən həvəslə qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















