Icma.az
close
up
RU
Rubio: “Avropalı tərəfdaşlar daha fəal olmalıdır”

Rubio: “Avropalı tərəfdaşlar daha fəal olmalıdır”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio G7 ölkələrinin Xarici İşlər nazirlərinin Kanadada keçirilən toplantısından sonra jurnalistlərə açıqlamasında belə deyib.
"Bizim sanksiyamız üçün praktiki olaraq heç nə qalmayıb. Biz onların ən böyük neft şirkətlərini vurduq – hamının tələb etdiyi məhz bu idi. İndi yeni məhdudiyyətlər əvəzinə, ABŞ mövcud sanksiyaların tətbiqinə, xüsusən də Moskvanın neft məhdudiyyətlərindən yayınmaq üçün istifadə etdiyi kölgə donanması ilə mübarizəyə diqqət yetirəcək", - Marko Rubio vurğulayıb.
Onun sözlərinə görə, bu sahə sanksiyalar koalisiyasının gələcək işində əsas olacaq və avropalı tərəfdaşlar daha fəal rol oynamalıdırlar.

Ukrayna probleminin sülh yolu ilə nizamlanmasının mümkünlüyü ilə bağlı Kremlin mövqeyini dəyərləndirən Dövlət katibi vurğulayıb ki, “Moskva nə istədiklərini açıq şəkildə bildirdi - onlar Donetsk vilayətinin qalan hissəsini istəyirlər və Ukrayna tərəfi üçün belə tələblər qəbuledilməzdir”.
Ukrayna ərazisinə raket zərbələrinin yeni dalğasını şərh edən Rubionun fikrincə, bu, “elektrik şəbəkəsini məhv etmək və əhalinin ruhunu qırmaq” məqsədi daşıyır.
ABŞ-nin Dövlət katibi Vaşinqtonun Ukrayna hakimiyyət orqanları ilə “ildən-ilə pisləşən” enerji sisteminin sabitləşdirilməsinə yardımla bağlı davamlı müzakirələr apardığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, həm xüsusi avadanlıqlara, həm də mühüm infrastrukturun qorunması üçün hava hücumundan müdafiə (HHM) vasitələrinə aiddir.
- Əgər bu avadanlıq quraşdırıldıqdan bir həftə sonra məhv edilirsə, bu, problemdir. Son iki-üç ildə məhz belə olub, - Marko Rubio deyib.
Xatırladaq ki, oktyabrın 22-də Donald Trampın prezidentliyi dövründə Vaşinqton ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. “Lukoyl” və “Rosneft” neft nəhəngləri hədəfə alınıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri