Icma.az
close
up
RU
Rubio: Çinin də daxil olduğu yeni nüvə müqaviləsi zəruridir

Rubio: Çinin də daxil olduğu yeni nüvə müqaviləsi zəruridir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio Çinin də daxil ediləcəyi yeni bir nüvə müqaviləsinə ehtiyac olduğunu bildirib.

APA xəbər verir ki, Rubio bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Rusiya 2023-cü ildə “Yeni START” (Strateji Silahların Azaldılması Müqaviləsi) razılaşmasına əməl etməyi dayandırıb:


“Müqavilədə ən azı iki tərəf olmalıdır. ABŞ-ın qarşısında iki seçim var idi: ya tək tərəfli qaydada razılaşmaya əməl etmək, ya da yeni dövrün yeni yanaşmalar tələb etdiyini qəbul etmək. Köhnə “START” yox, yeni bir mexanizm olmalıdır. Elə bir müqavilə ki, ABŞ bir yox, iki nüvə qüdrəti – Rusiya və Çinlə üz-üzə qalsın”, – Rubio vurğulayıb.

ABŞ-ın ali diplomatı iddia edib ki, Çin 2020-ci ildən bu yana nüvə silahlarının sayını 200-lərdən 600-ə qədər artırıb və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola bilər.

“Çinin artan nüvə arsenalının nəzərə alınmadığı istənilən razılaşma şübhəsiz ki, ABŞ və müttəfiqlərimizin təhlükəsizliyini azaldacaq”, – Marko Rubio xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında “Yeni START” müqaviləsinin müddəti başa çatıb. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin strateji nüvə silahlarının sayını məhdudlaşdıran heç bir hüquqi mexanizm qüvvədə deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Fevral 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri