Rubio: Tramp Rusiyanın G20 danışıqlarında iştirakını vacib sayır
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın G20 çərçivəsində aparılan danışıqlarda iştirakını vacib hesab edir.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Corciya ştatının Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakı və Prezident Vladimir Putinin dekabrda keçiriləcək G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandıran Rubio Trampın Moskvanın danışıqlara qatılmasına önəm verdiyini deyib.
"Düşünürəm ki, Prezident Tramp Rusiyanın G20 çərçivəsində danışıqlarda iştirakını vacib hesab edir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Rubio Putinin Mayamidə keçiriləcək sammitə qatılıb-qatılmayacağının hələ məlum olmadığını da bildirib.
"Prezident Putinin Mayamiyə gəlmək niyyətində olub-olmadığını bilmirəm. Rusiya tərəfi bununla bağlı hələ heç nə elan və ya təsdiq etməyib”, – deyə o əlavə edib.
Qeyd edək ki, G20 liderlərinin sammitinin dekabrda ABŞ-nin Mayami şəhərində keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Oktyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















