Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Azərbaycan universitetlərinin diplomlu işsizləri

Azərbaycan universitetlərinin diplomlu işsizləri

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsil illərdir “təhlükəsiz gələcək” vədi kimi təqdim olunmasına baxmayaraq, universiteti bitirdikdən sonra əmək bazarında yer tapa bilməyən gənclərin sayı azalmaq əvəzinə artırr. Rəsmi statistik rəqəmlər göstərir ki, diplom artıq məşğulluq təminatı rolunu oynamır.

Bu mənzərə bir tərəfdən ali təhsil müəssisələrinin əmək bazarının real tələbləri ilə nə dərəcədə uzlaşdığı, digər tərəfdən isə məşğulluq və kadr siyasətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Universitet diplomu əldə etmiş minlərlə gəncin işsizliyi ali təhsilə qoyulan həm dövlət, həm də ailə resurslarının nə dərəcədə səmərəli istifadə olunduğunu yenidən müzakirə mövzusuna çevirir.
AzPost “Modern.az”a istinadən  xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, ölkədə fəaliyyət göstərən 34 universitetin işsiz məzunlarının sayını araşdırılıb.
Reytinqə görə, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bu da onu göstərir ki, 5 ildə məzun olanların 46,9 faizi işsizdir. 

Məzunlarının yarıdan çoxu iş tapmayan universitetlər

Ölkə daxilində fəaliyyət göstərən ali təhsil mərkəzlərindən ən çox məzunu işsiz qalan Naxçıvan Müəllimlər İnstitutudur. Belə ki, bu institutda 5 il ərzində məzun olan 1159 nəfərin 63,9 faiz, yəni 741-i işsizdir. 
Siyahıda ikinci gələn dövlət ali təhsil mərkəzi isə paytaxtda yerləşən Bakı Slavyan Universitetidir. Bu universitetdən 5 il ərzində məzun olan 3 min 193 nəfərin 1911-i işsiz olaraq Agentlik tərəfindən qeydiyyata alınıb. Bu da o deməkdir ki, məzunların 59,8 faizi rəsmi şəkildə çalışmır. 
Mingəçevir Dövlət Universitetinin məzunlarının 59,8 faizi işsizdir. Belə ki, bu universitetdən məzun olan 2247 nəfərin 1343-ü oxudğu ixtisası bitirdikdən sonra işlə təmin olunmayıb. 
Məzun sayına görə illlərdir ölkədə lider statusu daşıyan Bakı Dövlət Universitetində 5 il ərzində 19 min 24 nəfər məzun olub ki, onlardan da 10 min 767 nəfər 2 il ərzində iş tapa bilməyib. Bu da ümumi göstəricinin 56,6 % deməkdir.
Siyahını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti davam etdirir.
ADPU-nun Şamaxı filialı üzrə işsiz məzunların sayı 263-dür ki, bu da ümumilikdə 54,8 faiz təşkil edir.
Azərbaycan Dövlət Aqrar Universitetindən 5 il ərzində məzun olan 3073 nəfər, ümumilikdə 54,4 faiz işsizdir. 

Naxçıvan Dövlət Universiteti də bu siyahıda yer alır. Belə ki, 5 il ərzində məzun olan 4052 nəfərin 52,1 faizi ali təhsildən sonra iş tapmayıb. 

Məzunlarının yarıdan çoxunun iş tapmadığı növbəti ali təhsil müəssisəsi Azərbaycan İdman Akademiyasıdır. 5 il ərzində idman sahəsində ixtisaslaşan məzunların 50,7 faizi ən azı 2 il ərzində heç bir iş tapmayıb. 

Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi
Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası üzrə 42,9 faiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə 40,3%, Bakı Musiqi Akademiyası üzrə isə 42 faiz məzun ali təhsildən sonra iş tapa bilib. 

Qeyd edək ki, illik təhsil haqqının ən yüksək olduğu ixtisaslar məhz bu ali təhsil mərkəzlərində tədris olunur. Mədəniyyətin müxtəlif sahələri – bəstəkarlıq, dirijorluq, instrumental ifaçılıq və vokal sənəti ixtisaslarına müraciət edə biləcək tələbələrin sayı da azlıq təşkil edir. Bu ixtisaslarda tədris ili üzrə təhsil haqqı 9000 manata qədər təşkil edir ki, onlar da dövlət sifarişlidir. Ödəniş haqqının bu qədər baha olmasına səbəb isə kadr və texniki məsələlərlə bağlıdır.

Region universitetlərində arasında Sumqayıt Dövlət Universitetinin məzunlarının 49,5 faizi, Lənkəran Dövlət Universitetinin məzunlarının 44,7 faizi,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının isə 46,9 faizi 5 il ərzində iş tapa bilməyib.

Özəl universitetlər
Özəl universitetlərin məzunlarının ortalama 46,6 faizi işlə təmin olunmayıb. Bu universitetlər arasında Bakı Qızlar Universiteti liderdir. Belə ki, sadəcə qızların təhsil aldığı bu ali təhsil mərkəzindən 5 ildə məzun olan 961 nəfərin 585-i işsiz qalıb. Bu da ümumi göstəricinin 61 faizini təşkil edir.

Digər özəl universitetlər üzrə işsiz məzunların göstəriciləri belədir:
Azərbaycan Texnologiya Universiteti – 48,7 faiz, Bakı Mühəndislik Universiteti – 35,5 faiz, Azərbaycan Universiteti – 47,1 faiz, Xəzər Universiteti – 44 faiz, Bakı Avrasiya Universiteti – 46 faiz, Azərbaycan Kooperasiya Universiteti – 47,3 faiz, Qərbi Kaspi Universiteti – 44,3 faiz,  Azərbaycan Texniki Universiteti – 46,8 faiz.

İşsiz məzunlarının sayı nisbətən az olan dövlət universitetləri:

Azərbaycan Dövlət Pedaqoji Universiteti – 47 faiz;
Azərbaycan Dövlət İqtisad Universiteti – 44,1 faiz;
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 43,4 faiz;
Bakı Biznes Universiteti – 40,2 faiz;
ADA Universiteti – 37,3 faiz;
Dövlət İdarəçilik Akademiyası – 36,2 faiz;
Milli Aviasiya Akademiyası – 36,1 faiz;
Azərbaycan Turizm və Menecment Universiteti – 37,1 faiz;
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 34,8 faiz;
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 33,4 faiz;
Bakı Ali Neft Məktəbi – 24,9 faiz.

Bəs işlə təmin olunanlar harada çalışır?
Əmək bazarında gənc kadrların əsas cəmləşmə nöqtələri pərakəndə ticarət, bank sektoru və xidmət sahələri olub. İşəgötürənlər üzrə məzun sayının “Top-10” siyahısı göstərir ki, ali və orta ixtisas təhsilini başa vuranların əhəmiyyətli hissəsi real sektorun geniş şəbəkəyə malik şirkətlərində iş tapır.

Siyahıya “Araz” Supermarketlər şəbəkəsi başçılıq edir. Şirkət ümumilikdə 1071 məzunu işlə təmin etməklə həm regionlarda, həm də paytaxtda gənclər üçün əsas iş platformalarından biri olub.
İkinci pillədə Kapital Bank qərarlaşıb. Həmin illərdə məzun olan 920 tələbə bu qurumda çalışır.
Təhsil sektoru da siyahıda ilk üçlükdə yer alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 758 məzun işlə təmin olunub.
Dördüncü və beşinci yerlərdə xidmət və telekommunikasiya sahəsi təmsil olunur. Dost İş Mərkəzi 696, “ABC-Telecom” isə 497 məzunu işə cəlb edib.
Bank sektorunda daha bir böyük işəgötürən Unibank olub. 482 məzun bu bankda çalışır.
Pərakəndə ticarət seqmentində Oba Market (451 məzun), ANC Group (448 məzun) və Azərbaycan Supermarket (426 məzun) ardıcıl şəkildə siyahıda yer alıb.
İlk onluğu “McDonald’s Azərbaycan” tamamlayır. 413 məzun bu şirkətdə müxtəlif işləri görür.

Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır.
Ümumilikdə işlə təmin olunan məzunların 87,7 faizi özəl, 12,3 faizi isə dövlət sektorunda çalışır.

P.S: Platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri