Icma.az
close
up
RU
İran və Türkiyəni böləcəklər Ərbakanın şok proqnozu

İran və Türkiyəni böləcəklər Ərbakanın şok proqnozu

Icma.az bildirir, Axar.az portalına istinadən.

Məlum olduğu kimi, İranda mövcud rejmə qarşı etiraz aksiyaları davam edir. Bu kontekstdə sosial mediada 1992-ci ildə Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın İran və Türkiyə ilə bağlı çıxışı yenidən gündəmə gəlib.

Axar.az Globalinfo.az-a istinadla həmin çıxışı təqdim edir:

“Riyadda iki amerikalı zabit xəritə üzərində Kərkük–Mosul bölgəsinə işarə edərək bizim bir jurnalistə bunları deyir: “Burada bir Kürd dövləti qurulacaq. Müharibə bitəcək, Səddam Hüseyn rejimi çökəcək”. Bu fikirlər hələ Körfəz müharibəsi başlamamışdan əvvəl səsləndirilir.

Həmin adamlar qeyd edir ki, Səddam devrildikdən sonra bu bölgədə dövlət hakimiyyəti qalmayacaq, dövlət idarəetməsindən məhrum bir boşluq yaranacaq. Bu, əvvəlcədən planlaşdırılıb. Kürdlər bir dövlət quraraq həmin boşluğu dolduracaqlar. Hətta Türkiyədən torpaq tələb edə bilərlər.

Türkiyənin bunu qəbul etməyəcəyini söylədikdə isə belə cavab verirlər: “O zaman döyüşəcəksiniz”.

Yenidən sual olunur:

“Türkiyənin nizami ordusu, silahları, artilleriyası, zirehli texnikası, tankları, təyyarələri və raketləri var. Belə bir gücə qarşı necə müqavimət göstərəcəksiniz? Üstəlik, İran, Suriya və İraq da öz ərazi bütövlüklərini açıq şəkildə müdafiə edirlər. Onlar bölgədə bir Kürd dövlətinin yaranmasına necə göz yuma bilərlər?”

Amerikalı zabit isə son dərəcə arxayın və sakit şəkildə belə cavab verir:

“İraqın şimalındakı kürdlərin də tezliklə çoxlu silahları olacaq. Səddamdan qalan silahlar onların əlinə keçəcək. Bəlkə də Türkiyə ilə müqayisədə daha müasir silahlara sahib olacaqlar: təyyarələr, tanklar, raketlər, zirehli texnika, helikopterlər, hava limanları və sair.”

Bu sözlər nə vaxt deyilir? Körfəz müharibəsinin lap əvvəlində — müharibə hələ başlamamışkən.

Hörmətli millət vəkilləri, əziz millətimizin övladları, oxuduğum bu sənəd nəyi göstərir? ABŞ, xarici güclər və İsrail bütün bu hadisələri planlı şəkildə həyata keçirir. Onların uzunmüddətli planları var. Təəssüf ki, bizim planımız yoxdur, sadəcə onlara xidmət edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri