Icma.az
close
up
RU
Dollarla bağlı proqnoz verildi: 2026 cı ildə kurs belə olacaq

Dollarla bağlı proqnoz verildi: 2026 cı ildə kurs belə olacaq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda devalvasiya narahatlığı hər zaman mövcud olub. Əhali arasında dolların manata nisbətdə qiymətinin arta biləcəyi ehtimalı hələ də qalır. 2015-ci ilin fevral və dekabr aylarında baş verən devalvasiyanın üstündən 10 ildən çox keçməsinə baxmayaraq, əhali bunun hər an təkrarlana biləcəyi qorxusunu yaşayır.

Bugünlərdə Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə 2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi – manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək bəyanatı isə bu narahatlığı müəyyən qədər azaltdı.

Buna baxmayaraq, 2026-cı ildə Azərbaycanda dolların bahalaşması istisna edilmir. Dünyada baş verən gözlənilməz hadisələr – müharibələr, qlobal iqtisadiyyatdakı dalğalanmalar, neftin dünya bazarındakı qiyməti bu ehtimalı aktuallaşdırır.

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, ölkədə dolların məzənnəsi Mərkəzi Bankın müvafiq qərarları əsasında tənzimlənir.

Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər yüksəkdir:

“Dövlət Neft Fondunun vəsaitləri 80 milyard dollardan artıqdır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11 milyard dolları ötür. Bu, ölkənin maliyyə təhlükəsizliyi üçün mühüm təminat yaradır. Eyni zamanda, əsas ixrac məhsulumuz olan neftin dünya bazarındakı qiyməti hazırda dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə uyğundur və ölkəyə kifayət qədər valyuta axını təmin edir. Bununla yanaşı, qeyri-neft sektorunda müəyyən artım müşahidə olunsa da, bəzi istiqamətlər üzrə, xüsusilə neft hasilatında təxminən 25 faizə yaxın azalma qeydə alınıb. Bu isə ölkəyə daxil olan valyuta həcminə müəyyən təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda manatın məzənnəsində kəskin dəyişiklik və ya ciddi devalvasiya üçün əsaslı iqtisadi zəmin yoxdur”.

Eyyub Kərimli

İqtisadçı onu da bildirib ki, makroiqtisadi göstəricilər, xüsusilə də valyuta ehtiyatlarının həcmi və dövlətin maliyyə dayanıqlığı manatın sabitliyini dəstəkləyir:

“Üstəlik, Azərbaycanın xarici borc yükü aşağı səviyyədədir və 2026-cı ildən sonra da bu sahədə ciddi risklər gözlənilmir. Bu baxımdan, yaxın aylarda və 2026-cı ilin əvvəlində dolların məzənnəsində kəskin artım və manat üçün ciddi təhlükə yaranacağını real hesab etmirəm. Manatın mövcud sabitliyini qoruması üçün kifayət qədər iqtisadi resurs və alətlər mövcuddur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri