Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Rüfət Səfərov: “Bu adamla görüşməmişəmsə, ondan necə 60 min manat ala bilərəm?”

Rüfət Səfərov: “Bu adamla görüşməmişəmsə, ondan necə 60 min manat ala bilərəm?”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Müdafiə xətti” qeyri-hökumət təşkilatının həmtəsisçisi, keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi iyulun 14-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib, Rüfət Səfərov ifadə verib.

Bizimyol.info xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə prosesində əvvəlcə Rüfət Səfərovun vəkili Elçin Sadıqov vəsatət qaldırıb. Vəkil bildirib ki, müvəkkili həbs olunduqdan sonra Bakı İstintaq Təcridxanasına gətiriləndə orada müayinə edilib. Vəkil müayinə aktının alınması barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunub.

Daha sonra dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihama əsasən, Rüfət Səfərov Novxanıda torpaq sahəsi satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alaraq, onu aldadıb. Dekabrın 3-də həmin şəxs bununla əlaqədar onun yanına gələndə Rüfət Səfərov qarajda ona qarşı xuliqanlıq edib, xəsarət yetirib. Bu səbəbdən də Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.1 (xuluqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən Rüfət Səfərov özünü təqsirli bilməyib. O, zərərçəkmiş qismində tanınan Natiq İmamquliyevin yalan danışdığını, insan haqlarını aktiv şəkildə müdafiə etdiyinə görə cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, həbs olunduğu günə qədər heç vaxt Natiq İmamquliyevi görməyib, onunla görüşməyib: “Bu adamla görüşməmişəmsə, onu görməmişəmsə, ondan necə 60 min manat pul ala bilərdim? Kim alqı-satqı olmadan kiməsə 60 min pul verər?”

Rüfət Səfərov qeyd edib ki, Novxanıda uzun illər əvvəl vakideynlərinin aldığı torpaq sahəsi olub. Bir müddət əvvəl onun bir hissəsini satmaq qərarına gəliblər: “Atamın müalicəsi, evin müalicəsi üçün pul lazım idi. Ona görə torpağın bir hissəsini makler vasitəsilə valideynlərim satdı. Alıcı da həmin bu Natiq olub. Mən onu görməmişəm. Alqı-satqıda anamgil iştirak edib. Sonradan zəng eləyirdi ki, torpağın qalan hissəsini də mənə satın. Ona dedik ki, hələ pula ehtiyac yoxdur. Əgər ehtiyac olsa və satsaq, mütləq sənə satacağıq. Bircə onda bu adamla telefonla danışmışam. Torpağın o biri hissəsini alanda cəmi 500 manat beh verən adam indi necə oldu ki, heç nəsiz 60 mini mənə verdi? Deyir, aramızda bununla bağlı yazışma, danışıq olub, amma ortaya qoymur, deyir ki, silmişəm. 60 min pul verən heç bir sübut saxlamaz?”

Rüfət Səfərov qeyd edib ki, Natiq İmamquliyevi ilk dəfə həbs olunduğu gün evinin altındakı qarajda maşından düşəndə görüb. Onun sözlərinə görə, həmin şəxs qəfildən ona hücum edib.

Rüfət Səfərovun məhkəməsi sentyabrın 8-də davam edəcək.

Rüfət Səfərov əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. O, bu vəzifədən istefa verib. Bundan sonra Zərdabda yaşadığı evdə axtarş aparılıb, rüşvət ittihamı ilə həbs edilib. O, 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 2019-cu ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri