Icma.az
close
up
RU
Rüfət Səfərovun həbsinin ailə məsələsi ilə əlaqəsi yoxdur Hüquq müdafiəçisinin anası

Rüfət Səfərovun həbsinin ailə məsələsi ilə əlaqəsi yoxdur Hüquq müdafiəçisinin anası

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Hüquq müdafiəçisi Rüfət Səfərovun həbsinin ailə məsələsi ilə əlaqləndirilməsi yanlışdır. Bunu Rüfət Səfərovun anası Tahirə Tahirqızı anews.az-a açıqlamasında deyib. 
Bir gün öncə Azərbaycan məbuatında  hüquq müdafiəçisinin həbsinin ailə daxili münaqişə  ilə əlaqəli olması barədə məlumat dərc edilib.  
"Bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb. Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir”, - Qafqazinfo.az saytında dərc edilən məlumatda bildirilib.
Məlumata görə, çıxılşmaz vəziyyətdə qalan ata cavab üçün torpağı alan şəxsi həmin əraziyə tikinti aparmasına icazə verməkdən imtina edib və nəticədə  münaqişə yaranıb.  
"Rüfət Səfərovun həbs olunmasının ailə məsələsi ilə heç bir əlaqəsi yoxdur. Qəti elə bir hadisə olmayıb. Bu Rüfətin bir neçə gün sonra Amerikada mükafat almasının qarşısını almaq üçün hazırlanan qurama iş idi”, - Səfərovun anası bildirib.
Tahirə Tahirqızının sözlərinə görə, onun əri Eldar Sabiroğlu iki il öncə Novxanıda onlara məxsus olan torpaq sahəsinin bir hissəsini satıb və bu prosesdə oğlu Rüfət Səfərov ümumiyyətlə iştirak etməyib. 
"2 il öncə Novxanıda olan torpağımızın yarsını satmışıq. Orada Rüfət iştirak etməyib. Mən və həyat yoldaşım Eldar Sabiroğlu bu işi görmüşük. Təxminən altı ay sonra həmin şəxs torpağın qalan hissəsini də istəyib. Eldar bəy torpağın həmin hissəsini satmağa razılaşmadığı üçün həmin şəxs Rüfətə zəng edib. Rüfət bəy də bildirib ki, o bu işə qarışmır. Bununla da məsələ bitib”, - Tahirqızı əlavə edib.  

Bir gün əvvəl Binəqədi Rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçib.  Səfərovun vəkili Cavad Cavadov  bildirib ki, hüquq müdafiəçisi səsləndirilən ittihamlarla özünü günahkar bilməyib. 

Vəkil həmçinin Binəqədi rayon məhkəməsinin qərarından appelasiya şikayəti verəcəyini əlavə edib.  


Bu arada Azərbaycanda fəaliyyət göstərən bir sıra qərb ölkələrinin  səfirləri  Azərbaycanı həbsdə olan hüquq müdafiəçisini azad etməyə çağırıb. 
Azərbaycan Xarici İşlər Nazirliyi buna "bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sisteminə açıq-aşkar zərbə vurmaq cəhdidir” cavabını verib. 
Keçmiş müstəntiq  Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Bundan əvvəl 2016-ci ildə Rüfət Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb və o 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu il Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxıb. 

Gülnar Nazimqızı 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://anews.az
archiveBu xəbər 05 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri