Icma.az
close
up
RU
Ruhanə kimin qurbanıdır?

Ruhanə kimin qurbanıdır?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ailədə həmişə ortaq yolu tapmağın tərəfdarı olmuşam, amma elə anlar olur ki nəinki ortaq yol, heç ortaq nöqtə də tapmaq mümkün olmur. Elə vəziyyətlər olur ki, insan nə özünü, nə də qarşısındakı düşünür, elə anlar olur ki, süd verdiyin körpə, məktəbə yola saldığın övladın belə gözünə görünmür.

Qayınanasını öldürən gəlin haqqında xəbərlər yayıldı, 10 il iş kəsiblər. Gəlinin 8 aylıq körpəsi var, deməli laktasiya dövründədir, zahılıq dövrünü yeni bitirib. Nəinki qaynanaya, həmin dövrdə insan bəzən özünə, doğduğu körpəsinə belə dözə bilmir, hər şey ona batır, hər şey narahat edir. Hormonları alt-üst, psixologiyası darmadağındır. Siz bilirsiniz hamiləlik, doğuş, zahılıq, laktasiya dövrü qadın üçün necə ağır dövrdür? Xüsusilə kişilərədir sözüm, əgər bir dəfə də olsun doğmamısınızsa heç bir qadını mühakimə etməyin! Əgər bir dəfə hamiləlik keçirsəniz, doğsanız, zahı olsanız, uşağa süd versəniz planetdən qaçarsınız.

Qadınların doğuşdan əvvəl yaşadığı 2-3 sutkalıq sancını, doğuş anında çəkdiyi ağrını unutduğu barədə elmi araşdırmalar var, psixologiyada buna "affect bias" deyirlər deyəsən. Qadın eyni anda yaşadığı iki fərqli emosiyanın birini unudur, birini xatırlayır. Unutduğu dəhşətli doğuş ağrıları, xatırladığı isə övladının doğulduğu zaman keçirdiyi hisslərdir. Ömründə bir dəfə təbii doğuş keçirməyən biri bunu bəlkə anlamaz, amma normal doğuşu olan qadınlar təsdiqləyər, əgər qadınlar doğuş zamanı keçirdiyi ağrını sonradan xatırlasaydı bir də qətiyyən uşaq doğmazdı.

8 aylıq uşağı olan bir gəlin nə normal yatır, nə normal qidalanır, nə də psixologiyası normal olur. Üstəlik 18 yaşında evlənən, 4 ildə iki uşaq doğan qadının nəinki psixologiyası, heç bədəninin mineral, vitamin balansı da yerində olmur. 4 ilin içində 2 hamiləlik keçirən qadının bədəninin bərpa olunmasına, qan ehtiyatının və vitaminlərin, xüsusən də dəmir və fol turşusunun yenilənməsinə ehtiyacı var, keyfiyyətli qidalanmasa necə bərpa edəcək bədən özünü? Heç qidalar da təmin etmir daha bu ehtiyacları, mütləq tibbi dəstək lazım olur. Sonuncu övladımı 6 il öncə dünyaya gətirmişəm, tibbi dəstək almağıma baxmayaraq mən hələ də maqnezium, dəmir balansımı, vitamin ehtiyatımı düzəldə bilməmişəm orqanizmimdə.

Bilməyənlər üçün yazıram, dəmir və fol turşusu çatışmazlığı hamiləlik və zahılıq dövründə psixoloji problemlər yaradır, ona görə hamiləlik təyin edilən kimi həkimlər bu dərmanları yazır ilk olaraq, həm dölün inkişafına, həm də ananın orqanizminə vacib lazım olduğu üçün. Kişinin yediyi, içdiyi orqanizminə xərclənir, qadının yediyi-içdiyi isə ya hamiləlik vaxtı körpənin inşasına, ya da laktasiya zamanı südünə. Hamiləlikdə dişimiz öz-özünə qırılmır, saçımız kefindən tökülmür, dırnaqlarımız maraqlı olsun deyə soyulmur, hamısı bədənin mineral, vitamin yetməzliyindən olur.

Əgər hamiləlikdə və zahılıqda dəmir çatışmazlığı varsa dəmir çatışmazlığı anemiyası yaranır, bu da birbaşa beyin və sinir sisteminə təsir edən vəziyyətdir. Dəmiri əskik qadın tez yorulur, əsəbi olur, diqqəti, konsentrasiyasi zəifləyir, narahat və gərgin olur, depressiv olur. Çünki dəmir beyində serotonin və dopamin kimi əhval hormonlarının əsas qidalandırıcısıdır.

Fol turşusu, yəni B9 vitamini çatışmazlığı da ən çox hamilə və doğan qadınlarda rast gəlinir. Körpənin ana bətnində formalaşmasında ən çox xərclənən vitaminlərdəndir. Fol turşusu sinir sistemi üçün həddindən artıq vacibdir, əgər bədəndə azdırsa qadın narahatdır, həmişə yorğundur, depressiyaya meyllidir, yaddaş və diqqət problemləri var. Yəni qısası, doğuşdan sonrakı depressiv vəziyyəti birbaşa olaraq dəmir və fol turşusu yaradır, açıb oxuya bilərsiniz.

18-22 yaş aralığında olan, 4 ildə iki uşaq doğan qadının orqanizmindəki çatışmazlığı təxmin edin siz indi. Əzralin yerdəki səlahiyyətli nümayəndəsi olan qayınanasının zülmünə tab gətirməməyi normaldır. Hamamda 5 dəqiqədən artıq qalmağına icazə verməyən, yediyi yeməyi boğazında qoyan qayınana sizcə ona hamiləlikdə yaxşı qidalanmağa, vitamin qəbul etməyə icazə verib? Adım kimi əminəm, ona heç C vitamini belə içirməyib qayınanası hamiləliyində.

Sonuncu mübahisə gəlinin dişindəki breketdən qaynaqlanıb. Breket lüks deyil, breket ehtiyacdır. Bir insanın normal danışa bilməsi, normal qidalanması üçün problemini həll edə biləcək tibbi müdaxilədir breket. Bu nəyin qısqanclığıdır, nəyin aqressiyasıdır ki, qayınana ona da müdaxilə edib. Sizi əmin edirəm, əgər o gəlin hamiləlikdən qorunmaq üçün kontraseptiv istifadə etmək istəsə idi, ona da qarışardı qayınana. Bəlkə də qarışıb deyə ara vermədən iki uşağı dalbadal doğmalı olub.

Günah qayınanadadırmı? Qismən hə. Amma daha çox ər günahkardır. Məhkəmədə deyib ki, arvadım dözümlü idi, gözləmirdim ki belə şey edər. Dözüm nəyə deyirsiniz? Qayınana zülmünə səs çıxarmamağına? 5 dəqiqəlik hamam icazəsinə? Yemək yeyərkən ilk loxmasının son loxması olmasına? Hansıdır dözümlülük? Əgər arvadının əziyyət çəkdiyini görürdünsə niyə icazə verirdin? Sənin anan əzizdir, bəs övladlarının anası? Onun əzizliyi doğana kimi idi? İkinci körpəni niyə doğuzdururdun hələ əlindəkini böyütməyən arvadına?

Doğrudur, qanun 18 yaşında icazə verir evlənməyə, amma bu o demək deyil ki bütün qızlar, bütün oğlanlar o yaşda evliliyə, doğmağa, nəsil artırmağa hazır olur. Dövrün insanları nə normal yeyir, nə normal oksigen alır. İçdiyimiz su belə su deyil. Qidalardan ala bilmədiyimiz vacib vitaminləri qida əlavələrindən, dərmanlardan almalıyıq məcbur. Nə psixologiyası, nə də orqanizmi hazır olmayan bir uşağı ərə verməklə bir az da öz valideynləri yaratmayıbmı son vəziyyəti?

Analar, oğlunuzu evləndirməzdən əvvəl övladınızdan boşanın, qoyun sərbəstliyi dadsın, ailəsini özü saxlasın. Evləndirib, gəlin gətirib o gəlinə günü olan analar çoxdur, boşanma statistikasındakı rəqəm təkcə gəlinlərin ucbatından yüksəlmir, oğlundan boşanmayan anaların, arvadını ailəsinin tapdağı edən ərlərin sayəsində də yüksəlir.

Ruhanə cəmiyyətin güzgüsüdür, qayınana hikkəsinə, ər vecsizliyinə qurban olan gəlinlərin ümumiləşmiş simasıdır. Qayınana-qayınata terroruna, ər nadanlığına dözə bilməyib boşanan gəlinləri ağına-bozuna baxmadan tənqid, təhqir etməyə köklənmiş cəmiyyətin unutduğu, kölgədə qoyduğu tərəfdir. Hamam, yemək, breket işin görünən tərəfləridir. Altda yatan səbəblər başqadır. O səbəblərə gedən yol haqqında çox yazmışam, danışmışam, indi də yazdım, guya oxuyacaqlar ki?

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri