Icma.az
close
up
RU
Ruhu şad olsun!..

Ruhu şad olsun!..

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kinosunun tarixində XX əsr intibah dövrü kimi yadda qalıb. Həmin dövrdə elə filmlər ərsəyə gətirilib ki, qərb ögey münasibət göstərməsəydi, yəqin ki, “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsənağa Turabov, Səməndər Rzayev, Fuad Poladov, Yaşar Nuri kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır...
Bu gün sizə Həzi Aslanov obrazı ilə Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan, istedadı ilə insanların rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. Onun şəxsi keyfiyyətlərindən, siyasi düşüncələrindən xəbərsizəm, amma bir sənətkar kimi yaratdıqlarına söz ola bilməz...
O, 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlmişdi. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilsə də, 1981-ci ildən isə Azərbaycan Akademik Milli Dram Teatrında çalışırdı. Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alırdı. 2023-cü ilin fevral ayının 21-də haqqa qovuşub...
Onun “Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı obraz isə bir başqa aləmdir. İkinci cahan müharibəsində qəhrəmancasına döyüşüb, həlak olan general Həzi Aslanovu biz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bu sevgidən ona da pay düşdü. İnsanların ürəyində, yaddaşında yuva qurmağı bacardı. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov ilk yada düşür...
Fevralın 21-də xalq artistinin vəfatından üç il ötəcək. Onu ehtiramla yad edir, ruhuna rəhmət diləyirəm...

Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Fevral 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri