Icma.az
close
up
RU
Ruhu səmada qalan qəhrəmanlar: “Hər şey yaxşı olacaq”

Ruhu səmada qalan qəhrəmanlar: “Hər şey yaxşı olacaq”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Faciələr həm də bir qəhrəmanlıq dastanıdır. Öz canı bahasına digərlərini qorumaq, ona əmanət olunan canları xilas etməyə çalışmaq özü bir qəhrəmanlıqdır. Biz müharibələr, işğal yaşamış, tarix böyu müxtəlif faciələrlə üzləşmiş xalqıq. Bütün bu yaşanmışlarda da xalq üçün özünü qurban verən, ölkənin müstəqilliyini qorumaq üçün canından keçən qəhrəmanları görmüşük.

Son baş verən hadisə də bir daha başqası üçün canını qurban verən insanların, qəhrəmanların olduğunu göstərdi.

25 dekabr səhərində ölkə gündəmini acı bir xəbər bürüdü: "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Həmin gün müxtəlif versiyalar yayıldı. Qəzada hələk olanların xatirəsinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə 26 dekabr Azərbaycanda matəm günü elan olundu.

Qəza anından yayılan görüntülər də təyyarənin ekipaj üzvlərinin peşəkarlığını göz önünə sərirdi. Təyyarə bələdçisi Hökumə Əliyevanın sərnişinləri sakitləşdirmək üçün “Hər şey yaxşı olacaq” deməsi qəza günündən bəri hər kəsin dilindədir..

Qəzada hələk olan ekipaj üzvləri - pilotlar Kşnyakin İqor, Kalyaninov Aleksandr və təyyarə bələdiçisi Hökumə Əliyevanın fotoları Azərbaycan Hava Yollarının (AZAL) əsas girişində sərgilənir. “Cebheinfo.az” olaraq bu gün biz də onları ziyarət etdik.

Səhər işə gələn AZAL əməkdaşları qəhrəman təyyarəçilərlə salamlaşıb, fotoların önünə gül qoyaraq iş otaqlarına qalxırdı. AZAL əməkdaşlarının hüzünlü baxışları diqqətdən qaçmırdı.

Ruhu göylərdə qalan qəhrəmanlar, Azərbaycan xalqı sizi unutmayacaq! Qəzadan sağ qurtulanlar bundan sonrakı həyatlarının hər günündə sizi yad edib, minnətdarlıq bildirəcəklər!

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri