Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Ruhu üzünə çıxan dünya

Ruhu üzünə çıxan dünya

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moris Meterlinkin “Göy quş” nağıl-pyesi haqqında

Əvvəli ötən sayımızda...

Göy Quşun sorağıyla uşaqlar Xoşbəxtlik Bağçasına gedib çıxırlar (Bu yerdə Füzulinin “Hədiqətüs-süəda” - “Xoşbəxtlər bağçası” əsəri yadıma düşdü. Bütün mistiklər kimi müsəlman şərqinin təsəvvüf əhli də hər zaman xoşbəxtliyin sehirli iksirinin, bəxtiyarlığın sirli düsturunun axtarışında olub). Buranın sakinləri xoşbəxtliyin, bəxtiyarlığın bəzi növlərindən Tiltilin xəbərsiz olmağına təəccüblənirlər: məsələn, sağlam yaşama xoşbəxtliyi, ata-ananı sevmə xoşbəxtliyi, günəşli günlərdə aydın səmaya baxma xoşbəxtliyi, buludsuz gecələrdə ulduzları seyrə dalma xoşbəxtliyi, yağış suyunda çimmə, şehli çəməndə ayaqyalın gəzmə xoşbəxtliyi...

Bəli, biz çox vaxt ovcumuzun içində olan məsudluğu kənarda, uzaqlarda axtarırıq. Bəzən bir ulduz sayrışması da içimizi aydınlatmağa yetir, bir şərtlə ki, ulduzlu göyə qəlbimizin gözüylə, həmin o sehirli almazın işığında baxaq. Bu dünyada xoşbəxtlik vara-pula alınmır, o bəlkə də Tanrının yeganə nemətidir ki, hamıya bərabər, hamıya pulsuz paylanır.

Xoşbəxtlik bağçasında növbənöv, çeşid-çeşid sevinclər yumşaq yaz yeli kimi sağdan-sola, soldan-sağa əsdikcə əsir, könülləri məst eləyir: ədalətli olmaq sevinci, xeyirxah olmaq sevinci, anlayıb-anlanmaq sevinci, sevib-sevilmək sevinci... Bütün bu sevinclər İşıq Cövhərindən büründüyü örtüyü atmağı, gizlədiyi həqiqətlərin üzündən niqabı götürməyi xahiş eləyirlər. Ancaq İşığın Ruhu çadrasına daha da bərk bükülüb, həqiqəti bütün çılpaqlığıyla günə sərməyin hələ vaxtı yetişmədiyini deyir. Söz verir ki, bir gün onların arasında çıl-çılpaq, anadangəlmə peyda olacaq.

***

Sonra Tiltillə Mitil İşıq Cövhərinin bələdçiliyiylə Gələcək Səltənətinin mavi sarayına yol tapırlar. Lacivərd çöhrəli uşaqlar onların üstünə yüyürüşürlər. Bunlar yer kürəsində nə vaxtsa doğulası körpələrin ruhudur. Fəqət dolu dünyaya əliboş getmək olmaz, ona görə də uşaqlar nəsə kəşf eləməyə, getdikləri planetə bir töhfə aparmağa çalışırlar: biri xoşbəxtlik maşını, o biri ömrü uzatmağın otuz üç üsulunu, bir başqası qanadsız uçan dəmir quş, dördüncüsü nəhəng üzüm icad eləyib. Bu ixtiralar bir gün yer üzündə gerçək olacaq.

Bir-birinə aşiq olmuş oğlanla qız qucaqlaşıb durublar, ara vermədən elə hey öpüşüb vidalaşırlar, baxışmaqdan doymurlar. Onlar yer kürəsində ayrı-ayrı zamanlarda yaşayacaqlar, bir-birini görməyəcəklər, ona görə də göylər səltənətindən ayrılmaq istəmirlər. Di gəl, burada hər şey saniyəsinə qədər hesablanıb, heç kəs hökmdən yayına bilməz.

Tiltillə Mitil Gələcək Səltənətində bir neçə ay sonra dünyaya gələsi qardaşlarıyla da görüşürlər. Qardaşlığa namizəd doğulacağı günü saatına qədər dəqiq deyir. Ancaq təəssüf ki, onların birgəliyi çox çəkməyəcək, oğlan yoluxucu xəstəlikdən öləcək...

Uşaqların doğulduğu an gələndə Zaman adlı saqqallı qoca əlində qum saatı sarayda peyda olur. Zaman kişi doğulmaq vaxtı çatan uşaqları bir hava gəmisinə mindirib yer üzünə yola salır. Uzaqlardan nəğmə səsləri gəlir - bu, sevimli körpələrini qarşılayan anaların nəğməsidir. Qoca Zaman Tiltillə Mitili sarayda görəndə heyrətlənir, uşaqlar sehirli almazın yardımıyla aradan çıxırlar.

Gələcək səltənətindəki danışıqlardan belə anlaşılır ki, bu dünyaya hər kəsin gəlişi də, gedişi də göylər səltənətində dəqiqəsinə, saniyəsinə qədər dəqiqliklə hesablanıb, heç kim bu vaxtı-zamanı bir saniyə irəli-geri çəkə bilməz. Bu da Moris Meterlinki ideyalar aləminin, lövhi-məhfuzun şəninə himnlər yazan peyğəmbər xislətli qələm ustalarına doğmalaşdırır, onların uca mərtəbəsində ona da yer olduğunu göstərir.

***

Artıq səhərə az qalıb, evə dönmək vaxtıdır. Tiltil həyətlərinin doqqazını güclə tanıyır. Bacı-qardaş səfər yoldaşlarından kədərlə ayrılır. Çörək Göy Quş üçün götürdüyü qəfəsi Tiltilə verir; onlar bir gecəlik ruhani səfərdən əliboş qayıdıblar, bütün acılara məlhəm olası xoşbəxtlik quşunu tapa bilməyiblər. İşıq Cövhəri deyir ki, görünür, axtardığımız Göy Quş ya heç yerli-dibli yoxdur, ya da quyruq ələ verəndə, qəfəsə salınanda rəngini dəyişir. Əşyaların, heyvanların ruhları uşaqlarla vidalaşır. Hər biri sükut səltənətinə çəkilir.

Saat səkkizi vurur. Ana Tiltillə Mitili yuxudan oyadır. Kasıb komaları da, anaları da uşaqların gözünə bir ayrı cür görünür. Onlar gecə səfərində gördüklərini söyləməyə başlayanda ananı həyəcan bürüyür, düşünür ki, uşaqlara bir gecədə nəsə olub, balalarına bəlkə də zaval dəyib, ona görə də həkim dalınca adam göndərir. Tiltil ata-anasına müjdə verir ki, tezliklə bir qardaşı dünyaya gələcək.

Bu vaxt gecə onlara gələn pərinin ilkin surətinə bənzər qonşu qadın içəri girir. Tiltil onu inandırmağa çalışır ki, nə qədər əzmlə axtarsalar da, Göy Quşu tapa bilməyiblər. Qadın anlayır ki, Tiltil yuxusunu qarışdırıb, ardınca da nəvəsinin halından söz açır: həkim deyir qızın əsəbləri pozulub. Anası Tiltili dilə tutur ki, evdə saxladığı quşu bu qadının xəstə düşmüş nəvəsinə bağışlasın. Oğlan qəfəsdəki göyərçinə baxanda birdən ona elə gəlir axtardığı Göy Quş elə bu quşdur. Quşu qəfəsi qarışıq qonşu nənəyə verir.

***

Artıq uşaqlar doğma evlərinə də, evdə nə varsa hamısına - çörəyə, suya, ocağa, qəndə, südə, itə, pişiyə də bir ayrı gözlə baxırlar. İndi onlar canlı-cansız varlıqların təkcə qabığını yox, cövhərini, ruhunu da görürlər. Sən demə, onların böyük səfəri elə kasıb komalarında, ocaqlarının qırağında mürgüləyən möcüzələri tanımaqdan, əllərinin altında, ovuclarının içində qəfəsdəki quş kimi çırpınan xoşbəxtliyi kəşf eləməkdən ötrüymüş. Başqa sözlə, bütün ruhani səfərlər kimi bu səfər də insanın özündən özünə səfəriymiş.

Az keçmiş qapı döyülür, qonşudakı nənə xəstə nəvəsinin əlindən tutub içəri girir. Qız minnətdarlıq hissiylə Tiltilin bağışladığı göyərçini köksünə sıxıb sığallayır. Bacı-qardaşa bu qız gecə gördükləri İşıq Cövhərini xatırladır. Tiltil qıza quşu necə yemləmək lazım olduğunu göstərmək istəyəndə göyərçin fürsət tapıb uçub gedir. Qız hönkür-hönkür ağlayır, Tiltil onu inandırmağa çalışır ki, o quşu bir gün tapacaq.

Sonda baş qəhrəman oxuculara, tamaşaçılara üz tutur: “Sizdən xahişim budur: aranızdan kimsə o quşu tapsa, bizə gətirsin. O quş bizə gələcəkdə xoşbəxt olmaq üçün lazımdır...”

***

Göründüyü kimi, “Göy quş” nağıl-pyesi başdan-başa simvollardan ibarətdir, bu yazıda onların çox az qisminə toxuna bildik. Bütün rəmzlərin üstündən örtüyü götürməyə də ciddi ehtiyac duymadıq, zatən bu əsərdəki simvollar özləri dil açıb danışır, özləri özlərini hamıdan yaxşı təqdim eləyir. Oxucuya, tamaşaçıya onları sadəcə sənətin dilindən həyatın dilinə “tərcümə eləmək” qalır. Tənqid, sənətşünaslıq da bu yerdə kara gəlir, sənətin dilini çətin tutan adamlar üçün tərcüməçi rolunu oynayır.

Yazıq o günə ki, “tərcümə” “orijinal”ı təhrif eləyə, ya da ondan güclü çıxa. Çıxacaqsa, demək, ortada haramxorluq, sənətə xəyanət var. Bəziləri düşünür ki, bu dövrdə nə yazmaq, necə yazmaq vacib deyil, əsas gördüyün işi gözə soxmaq, necə deyərlər, gözə kül üfürməkdir. Belə qısır məqsədlə düzlənmiş növbəni görmək həm ürək, həm də göz ağrıdır. Əsərin təqdimatının keyfiyyəti onun özünün dəyərindən üstün olmamalıdır; olarsa, demək, bu, təqdimat deyil, oxucunu, tamaşaçını aldatmaqdır. Belə fırıldaqlarsa indiki vaxtda nə qırx gün, heç qırx dəqiqə, qırx saniyə də yerimir.

F.Uğurlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri