Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ruhumun ünvanı Şuşa ŞƏRH

Ruhumun ünvanı Şuşa ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər beş ildən bir Zəfər Gününə qələmimlə salam göndərməyi özümə mənəvi borc bilirəm. Bu tarix təkcə hərbi qələbənin deyil, bir millətin yenidən dirçəlişinin, azadlıq ruhunun rəmzidir.

Zəfər təkcə bir günün xatirəsi deyil - o, hər gün bu torpaqlarda yaşayan bir duyğudur. 8 Noyabr tarixə qızıl hərflərlə yazılsa da, Zəfərin səsi hələ də o dağlardan, o torpaqlardan, Şuşanın daş-divarlarından gəlir. Hər nəfəsində qələbənin nəfəsi duyulan Qarabağ bu gün dirçəlişin, qürurun və yenidən doğuluşun simvoluna çevrilib.

O günkü sevinci, o qələbə xəbərini kim necə yaşadısa, indi o hissin davamını Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Fizulidə bütün Azərbaycanda duymaq mümkündür. Çünki Zəfər təkcə tarixdə deyil, xalqın ruhunda yaşayır

2022-ci ilin aprelində Şuşaya səfərim zamanı bu hissləri bir daha dərinliklə yaşadım. Yolboyu gördüyüm mənzərələr qəlbimdə həm fəxarət, həm də kədər oyadırdı. Ermənilərin xarabaya çevirdiyi kəndlər, viran qalmış evlər sanki o yerlərin öz dili ilə danışırdı. Hər daşın, hər torpaq parçasının altında qəhrəman əsgərlərimizin izi, şəhidlərimizin qanı hiss olunurdu.

Şuşaya çatanda sanki illərdir ayrıldığım doğma evimə qayıtmış kimi oldum. Halbuki mən şuşalı deyiləm. Amma o torpağa ayaq basanda elə bil ki, ruhumun bir hissəsi orada doğulub. Boş, kimsəsiz binalara baxarkən həm hüzn, həm də sonsuz qürur yaşadım. Çünki o səssiz divarlar artıq azadlığın səsini eşitmişdi.

Şuşa təkcə bir şəhər deyil - o, Azərbaycanın ruhunun ünvanıdır. Orada keçirdiyim hər an, gördüyüm hər mənzərə bir daha göstərdi ki, bu torpaqların azadlığı təkcə müharibənin nəticəsi deyil, yüzillik arzuların gerçəkləşməsidir.

Şuşanın azad edilməsi bu zəfərin simvoluna çevrildi. O gün təkcə şəhər azad olunmadı - xalqın ürəyi, ruhu, səsi azad edildi. O günlərdə hər kəs bir məqsədlə yaşadı - torpağı azad etmək və şəhidlərin ruhunu rahatlatmaq. İndi o torpaqlarda yenidən həyat var - yollar çəkilir, evlər tikilir, məktəblərdə isə Zəfər zənginin səsi eşidilir. Bu səslər gələcəyin ümidini, azadlığın davamlılığını simvolizə edir.

Mən Şuşada olanda, şəhərin ən ucqar nöqtəsində bir nəzarət post vardı. Həmin vaxt Xankəndi hələ tam nəzarətimizdə deyildi. O postdan baxanda uzaqda Xanın kəndi görünürdü. Öz-özümə düşünürdüm: "Görəsən, o görünən kənd bir gün bizim olacaqmı?" Düzdür, bir tərəfdən içimdə böyük bir ümid və əminlik hissi vardı, amma digər tərəfdən o nigarançılıq sanki sevincimin qarşısına sədd çəkirdi. Lakin bu torpaqlara baxdıqca anlayırdım ki, Zəfərin nəfəsi artıq bu dağlarda hiss olunur...

Bu gün o görünən kənd də, o dağ da, o yol da Azərbaycanındır. Hər qarışı qəhrəman oğullarımızın qanı ilə yoğrulmuş bu torpaqlarda indi sülh, qürur və dirçəlişin səsi var.

Zəfər Günü təkcə qələbənin təntənəsi deyil, həm də xalqımızın əzmini, birliyini və vətən sevgisini yaddaşlarda əbədiləşdirən bir gündür. Hər il bu tarix yaxınlaşdıqca, sanki hər bir azərbaycanlının qəlbində yenidən o günlərin nəfəsi duyulur. Qələbə yalnız cəbhədə deyil, həm də milli ruhda qazanıldı.

Gələcək nəsillərə düşən vəzifə - bu zəfərin necə qazanıldığını, hansı ağrılardan doğulduğunu unutdurmamaqdır. 2022-ci ildə Şuşada olarkən bunu bütün ruhumla hiss etdim. O səssiz küçələrdə addımlayarkən bir sükut vardı - amma bu sükut məğrur idi. Sanki hər daş, hər divar, küçələrdə dolaşan canlılarda "bu torpaq artıq azaddır" deyirdi.

Qoy bu zəfərin səsi Şuşadan Xankəndiyə, oradan bütün Azərbaycana yayılsın. Çünki bu səs artıq bizim tariximizin, varlığımızın və gələcəyimizin rəmzidir.

Nigar Ağakişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri