Icma.az
close
up
RU
Ruhumun sönməz odusan, ana dilim Xuraman Muradova

Ruhumun sönməz odusan, ana dilim Xuraman Muradova

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ana dili bizim milli-mənəvi sərvətimiz, milli varlığımızın sübutu, anamızın laylası ilə ruhumuza, qanımıza hopan doğma dilimizdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik, ilk növbədə, ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışmağı bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə, Özbəkistan Yazarlar Birliyinin üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova söyləyib. O, ana dilimizə həsr etdiyi şeirini də oxucularla bölüşüb.

“Təsadüfi deyil ki, Abbasqulu ağa Bakıxanov dilçilik kitabının adını “Qanuni-qüdsi” qoyub. Yəni, “müqəddəs qanun” adlandırıb. Müqəddəs sözü “Qurani-Kərim”ə, Məkkəyə, peyğəmbərlərimizə şamil olunduğu zamanlar Bakıxanov öz qrammatika kitabını belə adlandırmışdı. Çünki o müqəddəslər kimi, ana dilinin qanunları da müqəddəsdir. Onu korlamaq, bayağı ifadələrlə, yersiz kəlmələrlə doldurmaq, nizamını pozmaq qəbuledilməzdir.

Böyük yazıçı-dramaturq, publisist, dövlət xadimi Nəriman Nərimanov ana dili haqqında yazırdı: “Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, ana şəfqətini sənə o dildə bəyan edib. Bir dil ki, sənə beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirir”. Görün, böyük mütəfəkkir öz ana dilini nə gözəl, nə ülvi məhəbbətlə vəsf edib.

Ulu Öndər Heydər Əliyevin bu fikirləri ölkəmizin hər yerində dillər əzbərinə çevrilib: “Hər xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu Öndərimizin də söylədiyi kimi millətimizin doğma dilini qorumaq, yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər birimizin mənəvi borcumuz, insanlıq vəzifəmizdir”, – deyə Xuraman Muradova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Fevral 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri