Icma.az
close
up
RU
Ruhumuzun gizli xəritəsi

Ruhumuzun gizli xəritəsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Bir zaman oxuduğumuz, amma sonralar tədricən yaddaşımızdan silinən kitablar nə vaxtsa bizə çox doğma, çox təsirli görünmüşdü. Onları oxuyanda sanki dünya gözümüzdə dəyişilmiş, baxışımız yenilənmiş, düşüncələrimiz zənginləşmişdi. Amma illər ötüb, başqa kitablar oxunub, başqa fikirlər beynimizə dolub və həmin kitabların obrazları, hadisələri, hətta adları belə yaddaşımızın arxa planına çəkilib.

Hərdən bu unutqanlığımız bizə dərd olur. O unutduğumuz kitabları ömrümüzün harasındasa salıb itirdiyimiz itik kimi ruhumuzda, qəlbimizdə gəzdiririk. Amma ömrün elə bir anı gəlir ki, qəfil anlayırıq: unudulmuş kitablar tamamilə yox olmur. Onlar sanki yaddaşın dərin qatlarında gizlənir, bir küncdə səssizcə üzə çıxacağı, özünü xatırladacağı günü gözləyir. Və bəzən gözlənilmədən, hansısa bir situasiyada, bir söz, bir musiqi, bir qoxu və ya bir təsadüfi xatirə həmin kitabı yenidən canlandırır. Biz bəlkə də süjetini dəqiq xatırlamırıq, obrazların adlarını qarışdırırıq, hadisələrin sonunu unutmuş oluruq. Amma qəribədir ki, o kitabın yaşatdığı hiss ruhumuzun yaddaşında dipdiri qalır.

Əslində, kitabların unudulması təbii prosesdir. İnsan beyninin öz qanunları var. Biz hər oxuduğumuz sözü, hər cümləni yadda saxlaya bilmərik. Xüsusən, indiki zamanda, informasiyanın bol, həyatın bir göz qırpımında axıb getdiyi vaxtda yaddaşımızın "üzüdönüklüyü" anlaşılandır. Amma nə qədər "üzüdönük" desək də, yaddaş ən dəyərlini seçir - kitabın bizdə oyatdığı duyğunu, yaratdığı əhvalı. Bu, bəzən bir uşaq təbəssümünün istiliyi, bəzən qəhrəmanın faciəsinin ağrısı, bəzən də müəllifin bir cümləsində gizlənən həyat həqiqətinin işığı ola bilər.

Unutduğumuz kitabların yaddaşda yalnız hiss şəklində qalması bir az musiqiyə bənzəyir. Məsələn, çoxdan eşitdiyimiz bir mahnının sözlərini unuda bilərik, amma o musiqinin yaratdığı əhvalı, onun bizə verdiyi təsəllini heç vaxt unutmuruq. Kitablar da elədir - süjet yox ola bilər, hiss isə əbədi qalır.

Bir kitabı oxuyub sonra unutmaq heç də faciə deyil, əksinə, möcüzədir. Çünki o kitab artıq bizdədir, biz onun içindən keçmişik, onunla nəfəs almışıq. O, indi bizim içimizdədir - bəlkə də adını belə yadımıza sala bilmirik, amma o kitabın bir zamanlar toxunduğu hisslər həyatımıza hopub. Onun bizdə yaratdığı baxış tərzi, dünyanı anlama üsulu gündəlik həyatımıza qarışıb və biz fərqinə varmadan o kitabla yaşayırıq, əslində.

Unutduğumuz kitablar ruhumuzun gizli xəritəsidir. Onlar bizə göstərir ki, hər oxunan əsər bizi bir az dəyişdirməyə qadirdir. Hətta xatırlamadığımız kitab belə. Çünki kitab oxumaq sadəcə süjeti bilmək deyil; kitab oxumaq hissləri yaşamaq, müəyyən bir dövr ərzində başqa həyatın içində olmaq, başqa bir insanın gözü ilə dünyaya baxmaq deməkdir. O təcrübə yaddaşın dərinliyində qalır və bir müddət sonra insanın xarakterinə çevrilir.

Oxuyub unutduyumuz kitabın kölgəsi bəzən illər sonra qəfil təsadüflə qarşımıza çıxa bilir. Məsələn, avtobusda, ya da metroda tanımadığımız yol yoldaşımızın əlindəki kitab bizə tanış gəlir, yaddaşımızın ən ucqar nöqtəsində hansısa xatirələri oyatmağa kifayət edir. Kitabxanada rəflərə nəzər salarkən qocaman bir romanın üz qabığına toxunanda uşaq vaxtı oxuduğumuz səhifələr yenidən vərəqlənir gözlərimiz önündə. Hətta bəzən bir qoxu - köhnə kağız qoxusu - bizi illər əvvəl oxuduğumuz kitaba aparır. O an kitabın süjetini xatırlamasaq da, bizə bəxş etdiyi hisslər təzələnir.

Əslində, oxuduğumuz kitabları unudaraq yadda saxlamağın qəribə bir paradoksu var. Bir romanın süjetini unutduqda belə, onun bizə öyrətdiyi dərs, bəxş etdiyi enerji təzə tər qalır. Biz fərqinə varmadan həmin dərsi həyatımızda dəfələrcə tətbiq edirik. Bəlkə də, hansısa çətin məqamda verdiyimiz düzgün qərarın kökündə illər əvvəl oxuduğumuz, amma artıq adını belə xatırlamadığımız o kitab dayanır.

Belə baxanda, kitablar oxucuya "hiss yolu ilə" yaşamağı öyrədir. Biz oxuduğumuzu xatırlamasaq da, yaşatdığı duyğu bizdə qalır. Ona görə də bəzən deyirlər ki, kitab oxumaq insanı dəyişdirir. Bu dəyişiklik gözlə görünmür, amma ruhumuza sirayət edir, həyatımıza hopur, düşüncəmizi formalaşdırır.

Bəs niyə oxuduğumuz kitabları unuduruq? Bunun bir neçə səbəbi var.

- Zamanın sürəti. Yeni kitablar, yeni informasiyalar əvvəlkiləri arxa plana keçirir.

- Həyatın qayğıları. Kitabın yaratdığı duyğunu saxlasaq da, gündəlik həyat onu süjetdən ayırır.

- İnsan yaddaşı. Beyin ən əsas duyğuları saxlayır, qalan detalları silir.

Amma bu unutqanlıq əslində kitabın dəyərini azaltmır. Əksinə, göstərir ki, kitab bizdə sadəcə "məlumat" olaraq qalmayıb, ömrümüzün hansısa yerində "hissə" çevrilməyi bacarıb.

Oxuduğumuz və unutduğumuz kitabların ən böyük izi onların yaşatdığı hisslərdir. Bəzən həmin hiss sevinc, bəzən kədər, bəzən isə sadəcə xoş bir sakitlik olur. Biz bu hissi illərlə özümüzlə daşıyırıq. Bu baxımdan kitablar musiqiyə, poeziyaya, hətta xatirələrə bənzəyir. İnsan detalları unudar, duyğular isə unudulmazdır.

Bu unutqanlığımıza hirslənib, yaddaşımızı lənətləməkdənsə, həyatımızda unutduğumuz epizodlar, insanlar, xatirələr kimi, kitabların da yadımızdan çıxa biləcəyi gerçəyi ilə barışmaq lazımdır. Bizim onları unutmamız nə kitaba, nə müəllifə, nə də bizim mütaliə sevgimizə xəyanətdir. Yaddaşımız onu unutmaqla, daha doğrusu, özünə lazım olan duyğuları, hansısa ibrətlik nümunələri süzgəcdən keçirib ruhumuza hopdurduqdan sonra, digər detalları özündən uzaqlaşdırmaqla, əslində, bizə böyük bir yaxşılıq etmiş olur. Çünki bu sayədə bizim yeni, fərqli kitabları oxumaq üçün həvəsimiz, gücümüz və əlbəttə ki, yaddaşımız yaranmış olur. Oxuduğumuz kitablar hara da getsə, yenə bizimlədir. Onun yenidən xatırlanması üçün kiçicik detal kifayət edəcəkdir.

Unutduğumuz kitablar həyatımızın yaddaş xəritəsində iz qoyur. Biz onların süjetini, obrazlarını unutsaq da, yaşatdıqları hissləri əbədiyyən özümüzlə daşıyırıq. Həmin hisslər bizi formalaşdırır, bizi insan, şəxsiyyət edir. Ona görə də hər oxunan kitab - unudulsa belə - əslində,ilk günkü kimi yepyenidir. O, artıq kitab kimi deyil, hiss kimi, təcrübə kimi, xatirə kimi bizim əbədi yol yoldaşımızdır.

Unutduğumuz kitablar - unudulmuş süjetlər deyil. Onlar unuda bilmədiyimiz hisslərin ən sadiq yaddaş saxlancıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri