Icma.az
close
up
RU
Ruhun şad olsun, Çingiz müəllim!

Ruhun şad olsun, Çingiz müəllim!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha 3 həftə yaşasaydı, bu gün aprelin 12-də 90 yaşının tamam olması münasibətilə yaxından-uzaqdan hamı onu ürəkdən təbrik edib, ən xoş arzularını bildirəcəkdi. Əfsus ki, belə olmadı, 90-ın lap astanasında, martın 23-də vəfatı xəbəri Azərbaycanın futbol ictimaiyyətini sarsıtdı.

Çingiz Məmməd oğlu İsmayılov ömrü boyu şərəfli, ləyaqətli bir həyat yaşamış, əbədiyyətə peşəkar futbolçu və jurnalist kimi qovuşmuşdur. O, ölkəmizin tarixində unudulmaz şəxsiyyət kimi yaşayacaq.

İşlədiyim dövrdə səhərlər əməkdaşı olduğum “Xalq qəzeti” redaksiyasına gedərkən hərdən metronun “Koroğlu” stansiyasında vaqona daxil olduqda Çingiz müəllimin qəzetlərin yeni nömrələrini gözdən keçirdiyini görürdüm. Beləcə, “Nizami”yə kimi onları oxuyacaq, mənzil başına çatdıqda qatardan düşüb, piyada yaxınlıqdakı iş yerinə, Hüsü Hacıyev, 42-yə gedəcək və bir neçə dəqiqədən sonra futbolumuzun həmin ünvanda Respublika Şahmat Klubu ilə qonşuluqda yerləşən baş qərargahı – AFFA-da növbəti iş gününə başlayacaqdı.

Ç.İsmayılovun istər jurnalistikada, istərsə də futbolda yüksək səviyyəli fəaliyyəti hər iki istiqamətdə peşəkarlığının nəticəsi idi. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində idman verilişləri baş redaksiyasının ilk illərdə sıravi əməkdaşı, sonralar isə baş redaktor müavini kimi hazırladığı materiallar, oyunlardan reportajlar, şərhlər ilə etimadı tam doğrultmuşdu. Hətta yeri gələndə mətbuatdakı həmkarlarına da köməyini əsirgəmirdi. Xatırlayıram ki, mən ötən əsrin 70-90-cı illərində “İdman” qəzetində çalışarkən Çingiz müəllim qəzetin rəhbərliyinin xahişi ilə “Neftçi”nin səfərdə keçirdiyi və onun şahidi olduğu oyunlar haqqında hesabatları ertəsi gün operativ surətdə redaksiyaya çatdırırdı.

O illərdə Azərbaycan futbolunun flaqmanı kimi SSRİ çempionatları görüşlərində stadionun tribunalarına 30-40 min tamaşaçı toplayan “Neftçi”nin qapıçısı olmuş, sonralar da bir müddət komandanın rəisi kimi yüksək məsuliyyət və təşkilatçılıq bacarığı tələb edən vəzifədə çalışmış Ç.İsmayılov üçün bu kollektiv onun həyatının bir parçası idi.

“Neftçi”dən sonra “Dinamo” Bakı, “Dinamo” Gəncə, “Neft daşları” komandalarının qapısını qoruyarkən də onların heyətinə təsadüfən dəvət olunmadığını inamlı mübarizəsi ilə sübuta yetirirdi.

Məşhur mütəxəssis 1990-cı illərin ortalarında – 2000-ci illərin əvvəlində AFFA-nın baş katibi kimi məsul vəzifədə də ona həvalə edilən işi yüksək məsuliyyət hissi ilə yerinə yetirmiş əsl futbol adamı idi və söhbət zamanı əbəs yerə fəxrlə demirdi ki, futbol mənim həyatımdır.

Ruhu şad olsun, xeyirxah futbol aləmi SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, “Tərəqqi” medallı, başlıcası isə, peşəkar futbolçu, peşəkar jurnalist olmaqla yanaşı, sadəliyi və ətrafındakılara qayğıkeşliyi ilə hamının rəğbətini qazanmış Çingiz İsmayılovu həmişə minnətdarlıq hissi və dərin ehtiramla yad edəcək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri