Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Ruhun və tarixin qovuşduğu Şuşa

Ruhun və tarixin qovuşduğu Şuşa

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Yaz ilk işartıları ilə qapını döyəndə köhnə evimizin pəncərəsindən düşən işıq içəriyə bir ümid kimi dolmuşdu. O işıqda könül keçmişin kölgələrini görürdü — ananın nəvazişli səsini, uşaqlığın qayğısız gülüşlərini, yurdun ürək isidən nəfəsini. İnsan bəzən evini daş-daş axtarar, sanki yaddaşının daşlaşmış guşələrində bir yuva arayar. Amma bu yuva nə daşdan idi, nə taxtadan. O, ana nəfəsi ilə isinmiş bir el idi, hər tərəfinə sevgi hopmuş səssiz xatirələrdən ibarət el. İndi isə yalnız düşüncənin dərin səssizliyi vardı orada. Hər künc bir xatirə, hər kölgə bir səs kimi susurdu. Həyat ötəridir, lakin varlığını hiss etdirən Vətən varsa, Sən hələ varsan deməkdir. Ev kimi… Yurd kimi... O yurd ki, tarixdə sonsuz izləri var. Tarix hadisələrin düzülüşündən ibarət bir təqvim deyil. Tarix ruhun zamanla danışdığı, torpağın yaddaşla pıçıldadığı yaşanmışlardır. Bu pıçıltıların içində elə bir səs var ki, o həm keçmişi, həm bu günü, həm də gələcəyi tək nəfəsdə yaşadır, bu səs özü Şuşadır. Dağların qoynunda sükutla ucalan, baxışları ilə Vətənin ruhunu oxşayan, səssizliyi ilə belə məğrur dayanan bir şəhər. Şuşa bir xalqın yaddaşında, ruhunda və tarixində kök atmış mənəvi bir aləm, poeziya, musiqi, milli kimliyin simvoludur. Onu anlamaq üçün təkcə gözlə görmək, qulaqla eşitmək kifayət etmir. Anlamaq üçün içində yaşamaq, qəlbinin ritmində döyünmək gərəkdir. O, qaya kimi sərt, su kimi axıcı, söz kimi əbədi və ruh kimi toxunulmazdır. Bu torpaq, bu dağlar sadəcə təbiətin formalaşdırdığı coğrafi vahid deyil. Bu torpaq zamanın, tarixin yazdığı maraqlı bir kitabdır. Hər daşı bir misra, hər əsən yel bir nəğmədir. Burada sükut danışır, burada susqunluq fəryad çəkir, burada hər addım tarixin izini daşıyır. Şuşa – unudulmazlar ünvanı, müqəddəslər məkanıdır.

Zəfər tariximizdə Şuşanın yeri bənzərsizdir. Bu şəhər Zəfərin rəmzi olmaqla yanaşı, həm də haqqın bərqərar olduğu, ədalətin yenidən taxtına oturduğu məkandır. Qarabağ torpaqlarının azadlığına gedən yolun məhz Şuşada taclanması təsadüfi deyil. Bu həm tarixi, həm mənəvi, həm də strateji baxımdan zəruri idi. Çünki Şuşa – Qarabağın ürəyi, ruhudur. Bu ürək döyünməyə başlayanda xalqın ruhu dirildi sanki, tarix öz axarına qayıtdı. Şuşanın azad edilməsi ilə xalqımızın uzun illər içində yığılmış dərdi, nisgili, intizarı bir anda yox oldu. Bu şəhərin işğaldan azad edilməsi həm hərbi baxımdan dönüş nöqtəsi oldu, həm də xalqın mənəvi dünyasında yenidən doğuluş simvoluna çevrildi. Şuşaya bayraq sancıldıqda biz təkcə bir şəhəri deyil, bütün tariximizi, şəhidlərimizin ruhunu və əsrlərlə davam edən irsimizi yenidən yaşatmağa müvəffəq olduq. Zəfər tarixində Şuşanın adı qürurla yanaşı çəkilən bir zirvədir. O, həm başlanğıc nöqtəsidir, həm də mənəvi məqsəd. Şuşa varsa, ruhumuz sağdır. Şuşa varsa, Vətən bütövdür! Zəfərin mübarək, Vətənim! Bu Zəfər sadəcə düşməni məğlub etmək deyil, sanki ruhun dirçəlişidir, həm də yaddaşın silkələnib-oyanması, xalqın öz tarixi ilə barışması, öz kimliyinə yenidən qovuşmasıdır. Bu Zəfər “mən kiməm?” sualına verilən ən qürurlu cavabdır. Və o cavabın başlanğıcı da, zirvəsi də Şuşadır. Çünki bu şəhər xalqın mənəvi mayakıdır, qaranlıqda yol göstərən, sükutda danışan, çarəsizlikdə ümid olan bir zirvə.

Fəlsəfədə “varlıq” anlayışı insanın mənəvi bütövlüyünü əhatə edir. Bizim varlığımız isə torpağımızdan, tariximizdən, musiqimizdən və dilimizdən doğur. Şuşa bu dörd sütunun qovuşduğu mərkəzdir. O, sadəcə bir coğrafi nöqtə yox, bir mənəviyyat zirvəsidir. Şuşanın işğal altında olduğu illərdə xalqın sözləri lal qalmış, qələmlər sükuta qərq olmuş, musiqi öz bəstəsini tamamlamamışdı. Sanki bir millət nəfəs almadan yaşamağa məhkum edilmişdi. Amma o susqunluqdan bir gün bir nida qopdu, o nida Zəfərin sədası idi. Və o səsin qaynağı məhz Şuşa idi. Millətim susduğu yerdən danışmağa başladı. Və bu dəfə danışan təkcə silah olmadı. Tarix, ədalət, poeziya, musiqi danışdı. O gün söz qayıtdı. O gün ruh geri döndü. O gün Şuşamız nəfəs almağa başladı.

  Şuşa Molla Pənah Vaqifin şəhəridir. Burada poeziya divarlarda əks-səda tapır, misralar daşlarda səslənir. Onu susdurmaq istəyən güc təkcə bir şəhəri yox, sözün özünü əsir almağa çalışmış. Nə fayda?! Söz ölməz. Söz zamanın ən dərin qatlarından qopub gəlir və haqq etdiyi yeri yenidən tutur. Bu gün o söz daha gur səslənir. Çünki o söz zəfərin, səbrin, inamın və mübarizənin içindən keçib gəlib. Biz Şuşa ilə təkcə torpağımızı deyil, özümüzü də azad etdik. Öz ruhumuzu geri aldıq. Bir millət üçün torpaq kimlikdir. Şuşa bizim kimliyimizdir. Onu itirmək yaddaşımızı itirmək, onu geri almaq özümüzə dönməkdir. Bu Zəfər təkcə hərbi gücün deyil, milli ruhun, mənəvi iradənin, haqqın təntənəsidir. Və hər zəfərin içində bir sükut gizlidir. Həmin sükut əcdadların ruhundan gələn bir səssizlikdir. Həmin sükutun adı Şuşadır. Şəhidlərimiz danışmasa belə, Şuşanın sükutuna çevrilərək onların susqunluğu danışır. Səbirdən doğmuş, neçə illərlə susmuş, gözləmiş, içində dərdini gizlətmiş, amma bir gün öz azadlığı ilə ucalmış, zamanın sınağından çıxmış iman yeri. Hər daşı, küçəsi bir xalqın əyilməz ruhunun güzgüsü. Bu torpaqda döyüşlər sadəcə fiziki yox, mənəvi meydanlarda da qazanılıb. Burada döyüş ruhla olub, qələbə isə mənəvi qələbəyə çevrilib. Bura təkcə Azərbaycan xalqının deyil, türkün bütöv ruhunun və mədəniyyətinin məbədidir. O, sazın teli, şairin qələmi, ananın duası, əsgərin andıdır. Onu ucaldan da, qoruyan da, geri qaytaran da bu ruhdur.

Bu gün Şuşa azaddır. Amma o azadlıqda bir məsuliyyət var – onu qorumaq, yaşatmaq, gələcək nəsillərə miras buraxmaq. Çünki Şuşa sadəcə keçmişin xatirəsi deyil, gələcəyin mayasıdır. Burada ruhun izi, şəhid qanı ilə möhürlənmiş tariximiz var. Və biz o ruhun övladlarıyıq. Biz bu torpağa təkcə ayaq basmırıq, biz bu torpaqda nəfəs alırıq, qəlbimiz onunla birgə döyünür. Şuşa – sükutu ilə danışan, görünmədən yaşadan, susaraq səslənən bir millətin qüruru, ruhun özü, tarixin nəfəsi…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri