Rui Jorje Azərbaycandakı fəaliyyətindən danışdı
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rui Jorje ölkəmizdəki fəaliyyəti və gələcək planları barədə fikirlərini bölüşüb. Portuqaliyanın U-21 yığmasını 14 ildən artıq çalışdırdıqdan sonra xaricdə ilk təcrübəsini yaşayan 53 yaşlı mütəxəssis “Lusa” agentliyinə müsahibəsində işindən razı olduğunu bildirib.
Futbolpress.az xəbər verir ki, təcrübəli məşqçi azərbaycanlı gənc futbolçuların öyrənmək hevsini yüksək qiymətləndirib. Azərbaycanın Özbəkistanla birgə ev sahibliyi edəcəyi DÇ-2027 (U-20) turnirinə hazırlıq çərçivəsində dəvət aldığını bildirən Rui Jorje əsas məqsədinin nəticə yox, gənclərin inkişafı və komanda oyununun formalaşdırılması olduğunu vurğulayıb.
Ölkəmizdə keyfiyyətli gənc oyunçuların olduğunu qeyd edən portuqaliyalı mütəxəssis “Qarabağ”ın 16 yaşlı futbolçusu Əli Bəşirovun adını xüsusi çəkib. O, Bəşirovun Portuqaliyadakı və dünyadakı 2010-cu təvəllüdlü ən yaxşı futbolçularla eyni səviyyədə olduğunu bildirib.
Karyerası ərzində yalnız bir dəfə qısa müddət “Belenenses”də əsas komandanı çalışdıran Rui Jorje böyüklərdən ibarət klublarda və ya əsas millilərdə işləmək ambisiyasının olmadığını qeyd edib. O, əsas komanda məşqçiliyindəki sabitsizliyi tənqid edərək gənc futbolçuların inkişafına töhfə verməyin onun üçün daha qaneedici olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















