Icma.az
close
up
RU
Rumen Radev: Azərbaycan Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda strateji tərəfdaşdır

Rumen Radev: Azərbaycan Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda strateji tərəfdaşdır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstan Prezidenti Rumen Radev iqlim dəyişikliyi və Azərbaycanla ikitərəfli münasibətlərlə bağlı “Caspian Energy” jurnalına müsahibə verib.Bu barədə Bolqarıstan xəbər agentliyi (BTA) məlumat yayıb. Bildirilib ki, nəşrin sonuncu nömrəsi Azərbaycanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunub.

Azərbaycanın Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda etibarlı strateji tərəfdaş olduğunu vurğulayan Rumen Radev son illərdə iki ölkə arasında aparılan intensiv siyasi dialoqların münasibətlərin daha da dərinləşməsinə sübut olduğunu qeyd edib. O, iqlim dəyişikliyinə vaxtında reaksiya verərək ölkələrin dayanıqlığını gücləndirmək üçün əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.
Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafı potensialı ilə bağlı suala cavab olaraq Rumen Radev may ayında Prezident İlham Əliyevlə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin tərəfdaşlığın miqyasını genişləndirdiyini bildirib. O, SOCAR-ın ofisinin Sofiyada açılmasının müsbət addım olduğunu vurğulayıb.
Bolqarıstan Prezidenti biznes strukturları arasında əlaqələrin təşviq edilməsinin zəruriliyini və yüksək texnologiyalı sənaye, pilotsuz uçuş aparatları, avtomobil sektoru və təmiz texnologiyalar sahəsində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini də qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri