Rumen Radev: Bolqarıstan Azərbaycanın hesabına qaz idxalı problemini qismən həll edib
Icma.az, Report.az saytına istinadən bildirir.
Bolqarıstan qaz tədarükü problemini Azərbaycanın hesabına qismən həll edib.
“Report” xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev yerli KİV-ə müsahibəsində ölkəsinin qaz idxalı məsələsində Azərbaycanın rolunu vurğulayaraq, deyib.
“Bolqarıstan Azərbaycandan tədarükün artırılması hesabına qaz idxalı problemini qismən həll edib. Lakin biz hələ də Rusiya qazını svop əməliyyatları və ya vasitəçilər vasitəsilə almağa davam edirik”, – R.Radev bildirib.
Onun sözlərinə görə, hazırda Bolqarıstan mayeləşdirilmiş təbii qaz idxal etmir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Bolqarıstana 2 milyard kubmetr təbii qaz tədarük edilib. Bu, 2023-cü illə müqayisədə (1,25 milyard kubmetr) əhəmiyyətli artım deməkdir. Ölkənin illik qaz tələbatı isə 3 milyard kubmetrdən çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















