Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etdi
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Bu o deməkdir ki, bütün seçki prosesi yenidən başlanacaq.
Bu barədə Qaynarinfo "News.ro”ya istinadən xəbər verir.
Məlumata görə, hakimlər bu qərarı birinci turun ləğvi ilə bağlı müraciətlərə baxılması üçün təcili iclasdan sonra veriblər.
Sorğularda Rusiyapərəst namizəd Kalina Qeorqeskunun kampaniyasının Rumıniya xaricində mütəşəkkil manipulyasiyanın nəticəsi olduğu məxfi sənədlər yer alıb.
Qeyd olunur ki, təkrar seçkilərin keçirilməsi üçün yeni tarix və təqvim proqramı müəyyən ediləcək.
Xatırladaq ki, Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də baş tutub. Rəsmi nəticələrə əsasən, birinci yeri Kalin Qeorqesku, ikinci yeri isə Yelena Laskoni tutub.
Nizami Bağırov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















