Icma.az
close
up
RU
Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Buxarest, 15 iyul, AZƏRTAC

Rumıniyanın “Gandul” xəbər portalında siyasi şərhçi Kristian Lisandrunun müəllifliyi ilə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə münasibətdə apardığı balanslı və prinsipial siyasət təhlil olunur.

Kristian Lisandru yazır ki, Azərbaycan–Rusiya münasibətlərində son aylarda müşahidə edilən qısamüddətli gərginliklər, əslində, Bakının geosiyasi statusunun dəyişdiyini göstərir. “Prezident İlham Əliyev artıq təkcə regional deyil, beynəlxalq səviyyəli lider kimi çıxış edir və Moskva ilə münasibətləri də bu kontekstdə yenidən formalaşdırır”, - deyə o əlavə edir.

Məqalədə bildirilir ki, Azərbaycan diplomatiyası son illərdə Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri ilə qurduğu strateji tərəfdaşlıqlar sayəsində həm siyasi, həm də iqtisadi müstəvidə müstəqil kurs formalaşdırıb. Bunun fonunda Bakı Rusiya ilə münasibətlərdə də əvvəlkindən daha sərbəst və çevik davranır.

K.Lisandru əlavə edir ki, Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsində qazandığı Qələbədən sonra yalnız regionda deyil, beynəlxalq arenada da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatik kurs sayəsində Azərbaycan Ermənistanla danışıqlarda üstün tərəfə çevrilib.

“Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, oyunun qaydalarını dəyişən və diktə edən ölkədir. Bu reallıq Moskva tərəfindən də nəzərə alınmağa başlayıb”, - deyən Kristian Lisandru hesab edir ki, Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət modeli ölkəyə həm Qərblə, həm də Şərqlə paralel şəkildə strateji münasibətlər qurmağa imkan verir. Bu yanaşma Azərbaycanı regional gücdən qlobal gücə çevirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri