Rumıniyanın Baş nazirinin sabiq müavini: Hər bir itkin düşmüş şəxsin arxasında ailə dayanır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 oktyabr, AZƏRTAC
Dünyada müharibələr, münaqişələr, zorla didərgin salınma halları baş verir və milyonlarla ailə bunu böyük ağrı ilə müşahidə edir. Bu hadisələr sərhəd tanımır. Təəssüf ki, məlumatlar da, hüquq sistemləri də çox vaxt natamam olur. Əgər biz beynəlxalq əməkdaşlıqdan faydalanmaq istəyiriksə, qorxmadan açıq danışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Rumıniyanın Baş nazirinin sabiq müavini və ədliyyə naziri Ana Birçal deyib.
O bildirib ki, hər bir itkin düşmüş şəxsin arxasında bir ailə dayanır:”Bu ailələr çox vaxt nəyə ümid etdiklərini bilmədən gözləməyə davam edirlər. Hər bir ailənin bir ümumbəşəri sualı var - “Onlar haradadırlar?” İtkin düşənlərlə bağlı məlumatların ailələrə açıqlanmaması, onların xəbərsiz saxlanılması insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.
Baxış sayı:47
Bu xəbər 09 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















