İtkin düşmüş şəxsin meyiti transformatorda tapıldı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat verib və axtarışlara başlanılıb.
Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.
Onun cərəyan vurmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı
07 Dekabr 2024 10:47
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
07 Yanvar 2025 10:25
20 gündür itkin düşmüş şəxsin öldüyü məlum olub
07 Dekabr 2024 10:42
Lənkəranda itkin düşmüş hesab edilən şəxsin axtarışları gücləndirilib
04 Fevral 2025 12:16

