Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Rus dili itirə itirə gedir, Leninin üslubu sıradan çıxır…

Rus dili itirə itirə gedir, Leninin üslubu sıradan çıxır…

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Axar.az Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun Teleqraf-a müsahibəsini təqdim edir:

- Nizami müəllim, bu gün cəmiyyətimizdə rus dilinə münasibətlə bağlı fərqli yanaşmalar var. Azərbaycanda bu dilin işləkliyinə necə yanaşırsınız?

- Rus dili dünyanın inkişaf etmiş dillərindən biridir. Keçmiş sovet dövründəki nüfuzu xeyli məhdudlaşmış olsa da, yenə də elm, texnika və böyük ədəbiyyatın dili kimi mövcuddur. Azərbaycanda da orta yaşdan sonrakı, keçmiş sovet dövründə oxumuş nəsil rus dilini yaxşı bilir. Bu nəsil rus dili vasitəsi ilə dünya mədəniyyəti ilə tanış olmaq təcrübəsi qazanıb. Bu gün mövcud reallığa əsasən, ingilis dilinin nüfuzu sürətlə artır. Uzun illər Bakı Dövlət Universitetində işləyən müəllim kimi deyə bilərəm ki, müstəqilliyimizi bərpa etdikdən sonra çox az tələbə var ki, ingilis dilini elmi, bədii əsərləri başa düşmək səviyyəsində bilir. Bu çox az bir qrupu əhatə edir. Azərbaycanda rus bölməsində təhsil alanlar isə dili yaxşı bilməklə yanaşı, ədəbiyyatdan da kifayət qədər geniş istifadə edirlər.

- Ölkəmizdə rus dilli məktəblərin sayının çox olduğu deyilir və bunun gələcək üçün müəyyən təhdidlər yaradacağı iddia olunur. Rusdilli kadrların çox olması hansı təhdidlər yarada bilər?

- Keçmiş sovet dövrü və ondan bir az sonra rus bölməsində təhsil alan tələbələr Azərbaycan dilini yaxşı bilmir. Amma bu gün rus bölməsində təhsil alan uşaqların mütləq əksəriyyəti ana dili olan Azərbaycan dilini çox yaxşı bilirlər. Ona görə də ölkədə rus məktəblərinin sayının çox olmasının sovet dövrü və müstəqilliyimizin ilk illərindəki qədər təsirli deyil. Rus, ingilis bölməsində oxumasından asılı olmayaraq, gənclərimiz ana dilini yaxşı bilir. Müşahidələr göstərir ki, rus bölmələrində dərslər daha intizamla keçirilir. Dərsliklər, materiallar daha çoxdur.

- Cəmiyyətin rus dilinə münasibəti necədir? Rus dilini bilmək bir çox hallarda əlavə üstünlük kimi də izah olunur. Bu nədən qaynaqlanır?

- İstənilən bir şəxsin gələcəkdə mütəxəssis olması, normal iş tapması və normal həyat qurması üçün hələ də təsəvvürümüzdə rus dilinin müsbət təsir anlayışı güclüdür. Bu da təsadüfən ola bilməz. Çünki bu gün Azərbaycanın Rusiya ilə yanaşı, postsovet məkanı, türk dünyası ilə kommunikasiyasında rus dili mühüm rol oynayır. Həmçinin Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan və digər türk regionlarında işləmək, əlaqələr qurmaq, elmi, mədəni münasibətlərə girəcək insanlarımıza rus dili lazımdır. Çünki sadaladığımız bu dillərin hamısını öyrənmək çox ciddi problem və çətinlik deməkdir. Amma rus dili vasitəsilə praktik olaraq bu əlaqələri qurmaq olur. Bu gün azərbaycanlılar iş prosesində və adi söhbətlərdə Türkiyə türkləri ilə cənubi azərbaycanlılarla, postsovet məkanında yaşayan türklər arasında biz təbii tərcüməçiyik. Türkiyə türkü ilə bir özbək, xüsusilə də qazax, qırğız, tatar bir məclisdə olduqda bir-birini başa düşmür. Amma Azərbaycan türkləri olaraq biz o əlaqəni, münasibəti yarada bilirik. Bu da bizim rus dilini bilməyimizlə bağlıdır.

- Ümumilikdə rus dilinin perspektivi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Sözsüz ki, rus dilinin perspektiv olaraq bundan sonra getdikcə güclənəcəyini güman etmirəm. Çünki bu daha çox Rusiyanın özünün vəziyyətindən, rus dilinin gələcək perspektivlərindən asılıdır. Bu gün rus dili, ingilis dili ilə çox ciddi rəqabət içərisindədir. İngilis dilinin gücü, miqyası, səviyyəsi bəllidir. İngilis dilini bizim indiki düşüncəmizlə heç bir təhlükə gözləmir. Amma rus dili əvvəlki dövrlə müqayisədə nüfuzunu itirə-itirə gedir.

- Dünyada rus dilinin nüfuzunu itirməsinə səbəb nədir?

- Bir vaxtlar dünyanın hər yerində rus dilinin böyük imkanları var idi. Az qala, dünyanın hər yerində rus məktəbləri, rus mütəxəssisləri fəaliyyət göstərirdi. Afrikadan başlamış Koreya, Viyetnam, Hindistana qədər gənclər Rusiyada təhsil alırdı. Amma rus dilinə vurulan zərbə, kommunizm, sosializm ideologiyasının iflası ilə bağlı oldu. Bu iflas Leninin dilini xeyli dərəcədə nüfuzdan saldı. Dəfələrlə Rusiyada rəsmi tədbirlərdə, Dövlət Dumasında rus dilinin vəziyyəti ilə bağlı müzakirələrdə iştirak etmişəm. O tədbirlərdə vurğulanıb ki, indi rus dilinin ciddi müdafiyəyə ehtiyacı var. Rus dilinin təkcə Leninin dili olmadığı göstərilməlidir. Bu həm də Tolstoyun, Puşkinin, Dostoyevskinin, böyük elmin dili olub. Ona görə də rus dili ciddi imtahan qarşısındadır.

- Sizcə, rus dilinin ana dilimizə təsir imkanları varmı? Varsa, bunu necə önləmək mümkündür?

- Rus dilinin Azərbaycan dilinə təsiri olduqca azdır. Çünki bu təsir Azərbaycan dilinin hüdudlarını, imkanlarını məhdudlaşdıracaq səviyyədə deyil. Əvvəllər belə bir təhdid var idi. Amma indi rus dilinin ana dilimizi hər hansı səviyyədə sıxışdırmaq imkanları yoxdur. Artıq Azərbaycanda rusca danışan ailələr çox azdır. Rusca ancaq elm, məktəb, tədrisdə danışmağa meyl göstərilir. Rusdilli məktəblərdə də Azərbaycan dili rus dili ilə rəqabətdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri