Rus idmançıdan sonra iş adamı da İstanbulda yoxa çıxdı
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 24-də Bosfor boğazında keçirilən qitələrarası üzgüçülük yarışı zamanı 29 yaşlı rusiyalı üzgüçü Nikolay Andreeviç Sveçnikovun itkin düşməsindən sonra, Belarus İdman Həmrəyliyi Fondunun Beynəlxalq Departamentinin rəhbəri Anatol Kotau da İstanbulda yoxa çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 21-də şəxsi işləri üçün İstanbula gedən Kotaudan bir həftədir ki, heç bir məlumat yoxdur.
Onun İstanbula endikdən sonra həyat yoldaşına mesaj göndərdiyi bildirilir. Daha sonra Kotau ilə əlaqə itib.
İş adamının hava limanından başlayaraq getdiyi marşrutun görüntüləri hazırda polis tərəfindən ardıcıllıqla izlənilir.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:Ukrayna heyətinin tərcüməçisi İstanbulda yoxa çıxdı
19 May 2025 17:40
İstanbulda metro relsdən çıxdı FOTO
02 Fevral 2026 22:32
Qalibaf ailəsinin İstanbulda mülkləri üzə çıxdı
11 Dekabr 2025 15:21
İstanbulda ŞOK QƏZA: Tramvay relsdən çıxdı
20 Avqust 2026 15:26
İstanbulda tramvay relsdən çıxdı: Sərnişinlər təxliyə edildi
20 Avqust 2026 13:11
Baxış sayı:146
Bu xəbər 28 Avqust 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















