Rus ordusu daha iki qəsəbəni işğal etdi
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Rusiya hərbçiləri Donetsk vilayətinin Jeltoye və Pustinka qəsəbələrini işğal ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.
Bildirilib ki, düşmən həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəliləyib.
Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir, ruslar əsas hücum qüvvələrini orada cəmləşdirirlər.
Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər.
Qeyd edək ki, ötən gün Rusiya ordusu Donetsk vilayətinin Razdolnoye və Vorovskoye yaşayış məntəqələrini ələ keçirmişdi.
Baxış sayı:92
Bu xəbər 30 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















