Icma.az
close
up
RU
Rus ordusunun daha iki şəhərə hücumu başlayıb

Rus ordusunun daha iki şəhərə hücumu başlayıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhəri istiqamətində hücuma keçib. Bunu Toretsk şəhəri istiqamətində hərbi əməliyyatların intensivliyinin artması da sübut edir.
Reyting.az
xəbər verir ki, ukraynalı hərbi müşahidəçi Denis Popoviç hücumun başladığını təsdiqləyib.
“Biz bu hücum hərəkətlərinin nə qədər uğurlu olacağını və nə qədər sürətlə irəliləyəcəyini təxmin etməyəcəyik. Amma heç bir şübhə yoxdur ki, bu, Konstantinovkaya hücumdur”, - müşahidəçi vurğulayıb.
Onun sözlərinə görə, ruslar Toretsk istiqamətinə əlavə qoşun yeridib və bunun sayəsində bu istiqamətdə irəliləyə biliblər. Eyni zamanda o, hesab edir ki, ruslar ilk növbədə Toretski tutmalıdırlar. Onlar da Vozdvijenka tərəfdən magistral yolu kəsməyə çalışırlar.

Popoviç Konstantinovkanın tutulmasının ruslara nə verəcəyini izah edib. Onun fikrincə, bu halda onlar Ukraynanın nəzarəti altında olan Donbasdakı sonuncu ən böyük aqlomerasiyaya - Slavyansk və Kramatorska doğru irəliləyə biləcəklər.
Ekspert deyib ki, ruslar Pokrovsk şəhərinin tutulmasını hələlik təxirə salıblar. Onlar bunun əvəzinə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlarda güclənmək üçün Konstantinovkanı və çox güman ki, Toretski işğal etməyi, həmçinin Donetsk vilayətinin Dnepropetrovskla inzibati sərhədinə çatmağı planlaşdırırlar.
“Əgər əvvəllər bunu Pokrovska hücum kontekstində nəzərdən keçirmək olardısa, bu gün söhbət Pokrovskdan yox, Konstantinovkadan və təbii ki, Toretskdən gedir”, - deyə Popoviç əlavə edib.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri