Icma.az
close
up
RU
RUS ORSDUSU BU ŞƏHƏRİ DƏ İŞĞAL ETDİ Böyük tələfat verib.... AzPolitika onlayn siyasiictimai qəzet

RUS ORSDUSU BU ŞƏHƏRİ DƏ İŞĞAL ETDİ Böyük tələfat verib.... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərini tamamilə nəzarətə götürdüyünü açıqlayıb. Açıqlamada bildirilir ki, bu, “Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsidir”.

Müharibədən əvvəl şəhərdə 19 minə yaxın insan yaşayırdı. Bu, Selidovonun işğal edildiyi 2024-cü ilin oktyabr ayının sonundan bəri Rusiya tərəfinin tutulduğunu elan etdiyi Ukraynanın ən böyük şəhəridir. O vaxtdan Kuraxovo uğrunda şiddətli döyüşlər davam edir, rus qoşunları şəhərə üç tərəfdən - şərqdən, şimaldan və cənubdan hücumlar təşkil edib.

Ukrayna hərbçiləri şəhərin itirilməsini rəsmən təsdiqləməyib. Bununla belə, cəbhə xəttindəki dəyişiklikləri izləyən “DeepState” analitik layihəsi Kuraxovun böyük hissəsinin Rusiyanın nəzarətində olduğunu etiraf edir. Bunu şəhərdə internetdə yayılan Rusiya bayraqlarının foto və videoları da sübut edir.

“DeepState” rus qoşunlarının Donetsk vilayətində bəzi yaşayış məntəqələri istiqamətində irəlilədiyini də bildirib. Bunlar Toretsk, Zelyonı, Petropavlovka, Vozdvijenka, Baranovka və Pesçanı istiqmətləridir.

Döyüşlər hazırda fəaliyyət göstərməyən Kuraxovskaya Dövlət Rayon Elektrik Stansiyasının yerləşdiyi qərb hissəsində davam edir. Bu stansiyanın avadanlıqları əvvəllər sökülərək Ukraynanın arxa bölgələrinə daşınıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Kuraxovo ələ keçirildikdən sonra Rusiya qoşunları əməliyyat məkanına daxil olub. Cəbhədən gələn məlumatlar rus ordusunun irəliləyiş əldə etdiyini göstərmir. Bununla belə, onlar hücum əməliyyatlarını davam etdirirlər və Ukrayna mənbələrinin etiraf etdiyi kimi, gündə bir neçə kvadrat kilometr ərazini işğal edirlər. İndi əsas hərbi əməliyyatlar Kuraxovun şimal-qərbində, daha böyük Pokrovsk şəhərinə yaxınlaşmaqla aparılır. Bundan başqa, Rusiya hərbçiləri bir sıra istiqamətlərdə bir neçə kilometr aralıda yerləşən Dnepropetrovsk vilayətinin inzibati sərhədinə doğru irəliləyir". 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların insan və texnika sarıdan böyük itkilər verdiyini bildirir. Rusiya Müdafiə Nazirliyi də öz növbəsində Ukrayna hərbçilərinin Kuraxovda 12 min hərbçi itirdiyini iddia edir. Bu məlumatların müstəqil təsdiqi yoxdur.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri