Icma.az
close
up
RU
RUS RUBLU ÇÖKÜR? Məzənnə müharibənin ilk günlərindəki şok səviyyəyə düşüb AzPolitika onlayn siyasiictimai qəzet

RUS RUBLU ÇÖKÜR? Məzənnə müharibənin ilk günlərindəki şok səviyyəyə düşüb AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsi ilk dəfə olaraq 2022-ci ilin mart ayı səviyyəsinə düşüb. Qeyd edək ki, həmin vaxt bu çöküş Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalçılıq müharibəsinin başlamasının yaratdığı şok effekti və Qərbin elan etdiyi sanksiyalarla bağlı idi.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, noyabrın 26-da beynəlxalq “Forex” valyuta bazarında 1 dollar 105,59 (rəsmi məzənnə 103,7908 rubl) rubla ticarət olunurdu ki, bu da ondan əvvəlki günlə müqayisədə təxminən 1,5 rubl baha idi. Avronun məzənnəsi 1,8 rubl artaraq 110,9 rubla (rəsmi məzənnə 108,8705 rubl), yuanın məzənnəsi isə 14,5 rubla (bir gün əvvəlkindən 0,19 rubl baha) çatıb.

Bu gün dollar və digər valyutalar bir qədər də bahalaşıb. Rusiya Mərkəzi Bankının noyabrın 27-nə müəyyən etdiyi rəsmi valyuta məzənnələrinə görə də rubl Amerika və Avropa valyutaları qarşısında sürətlə ucuzlaşmasını davam etdirir. Dolların rəsmi məzənnəsi 1,2696 rubl artaraq 105,0604 rubl (noyabrın 26-na 103,7908 rubl) təşkil edib. Avronun məzənnəsi 1,6238 rubl bahalaşaraq 110,4943 rubl təşkil edib (əvvəlki dəyər 108,8705 rubl idi).

“Valyuta bazarında qeyri-dost ölkələrin valyutaları ilə ticarətin dayandırılması Mərkəzi Bank tərəfindən dollar və avronun məzənnələrinin müəyyən edilməsi üsullarının dəyişməsinə səbəb oldu”, - bunu rusiyalı mütəxəssis, “Banki.ru”-nun baş analitiki Boqdan Zvariç deyib. O, əlavə edib ki, hazırda rəsmi məzənnəni müəyyən edərkən tənzimləyici qurum bank hesabatlarına və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlara əsaslanır.

Beləliklə, 2022-ci ilin martından bəri ilk dəfə olaraq dolların rəsmi məzənnəsi 103 rublu ötüb. Nəzərə alaq ki, oktyabr ayında Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 21 faizə qaldırıb və bu, son 20 ilin ən yüksək səviyyəsidir. Bundan öncə sentyabrda Mərkəzi Bank uçot dərəcəsini 19 faizə qaldırmışdı. Qısa müddətdə belə böyük dərəcə artımı həyəcan siqnalı kimi qəbul olunur. Təbii ki, bu cür tədbirlər inflyasiyanın azaldılmasına yönəlib. Lakin buna baxmayaraq, Rusiyada inflyasiya durmadan artır. Yüksək uçot dərəcəsi isə şirkətlər və vətəndaşlar üçün borclanmanı artırır, iqtisadi artımı azaldır.

Hakimiyyətə yaxın ekspertlər hesab edirlər ki, rublun məzənnəsi bir dollar üçün 105-107 səviyyəsində möhkəmlənəcək və ilin sonuna qədər o səviyyədə qalacaq. Məsələ ondadır ki, rublla birgə Moskva Birjasının indeksi də kəskin şəkildə azlaraq 2500 bənddən aşağı düşüb. Bir həftə ərzində azalma 6%, ilin əvvəlindən bəri isə 20% təşkil edib. Yəni, son həftədə azalma çox sürətlə baş verib.

Hətta hakimiyyətə yaxın ekspertlər də etiraf etmək məcburiyyətindədirlər ki, bazar Ukrayna münaqişəsinin gərginləşməsi və Rusiya ixracatına zərbə vuran ABŞ-nin yeni sanksiyaları səbəbindən düşür. Eyni zamanda, hakimiyyət böyük büdcə kəsiri fonunda Maliyyə Nazirliyinə sərfəli olduğu üçün məzənnəni sabitləşdirməyi planlaşdırmır. Yəni, dolların bahalaşması büdcəyə daxil olan rubl kütləsini artırır və kəsiri azaldır. Bunun ən böyük zərbəsi isə əhaliyə və özəl sektora dəyir.

Moskva Birjası indeksinin və rublun ucuzlaşması ilk növbədə geosiyasi risklərin artması ilə əlaqədardır. Bunu etiraf edən rusiyalı ekspertlər deyirlər ki, son günlər xəbər lentlərindəki başlıqlar getdikcə daha çox həyəcan yaradır və bazar indi istənilən siyasi xəbərə çox kəskin reaksiya verir. Bu səbəbdən məzənnələrdə yaxın aylarda kifayət qədər kəskin sıçrayışlar mümkündür. “Freedom Finance Global”-ın analitiki Vladimir Çernov qeyd edib ki, ABŞ-nin yeni sanksiyaları ixrac üçün ödəniş infrastrukturuna təsir edib. “Qazprombank” və digər oyunçulara qarşı məhdudiyyətlər Rusiya təbii qazının ödəniş imkanlarını azaldıb. Bu səbəbdən, xammal tədarükündən Rusiya Federasiyasına daha az valyuta daxil olmağa başlayıb və bazarda valyuta çatışmazlığı yaranıb. Nəticədə yeni sanksiyaların tətbiqindən sonra rubl cəmi 3 gündə dollara nisbətdə 5,6% ucuzlaşıb. Mütəxəssis qeyd edib ki, Brent markalı neftin qiyməti 60 dollar/barelə düşərsə, rublun zəifləməsi xeyli daha sürətlə baş verəcək. Ümumilikdə isə çətin ki, nə vaxtsa dolların məzənnəsi 100 rublun altına düşsün.

Əlavə edək ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı ilin sonuna qədər qəbul ediləcəyi gözlənilən yeni, 15-ci sanksiyalar paketini elan edib. Buraya 45 Rusiya neft tankerinin istismarına məhdudiyyətlər də daxil olacaq. Bu isə Rusiya Federasiyasının onsuz da böyük kəsiri olan büdcəsinin gəlirlərini daha da azaldacaq.

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri