Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Rus sektoru” məsələsi yenə gündəmdə: Bağlansın, bağlanmasın?

“Rus sektoru” məsələsi yenə gündəmdə: Bağlansın, bağlanmasın?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən vəhşiliklər, hüquqazidd əməllər haqlı olaraq vətəndaşlarımızın ciddi narazılığına səbəb olub. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı nümayiş etdirdiyi bu münasibət bütün hüquqi normaların pozulması deməkdir və ölkəmizdə, xüsusilə də rusdilli məktəblərlə bağlı ictimaiyyətin haqlı narahatlığını gündəmə gətirib”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti həmişə qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlıqda, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Müsahibimiz qeyd edib ki, zaman-zaman biz bu dövlətlərdən ölkəmizin suverenliyinə, milli maraqlarına qarşı xoşagəlməz fəaliyyətləri müşahidə etsək də, Azərbaycan dövləti heç vaxt münasibətlərin korlanmasına imkan verməyib:

“Son hadisələr göstərir ki, bizim nə qədər ədalətli mövqe nümayiş etdirməyimizə baxmayaraq, bəzi dövlətlər tərəfindən Azərbaycana münasibətlər birmənalı deyil. Ən son Yekaterinburqda baş verən hadisələr də bunu təsdiqləyir. Biz bu cür qeyri-insani münasibəti təəssüf hissi ilə qarşılayırıq”.

Orucov Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması hadisəsini xatırladıb. Dediyinə görə, Azərbaycan təyyarəsinə qarşı törədilən qəsd zamanı həmin dövlət üzr istəməyi belə özünə rəva bilmədi ki, bununla həm də öz tərbiyəsizliyini göstərmiş oldu:

“Böyük, hegemon dövlətsən deyə qonşularına qarşı belə münasibətmi sərgiləməlisən?! Görünən budur ki, biz münasibətlərimizə yenidən baxmalıyıq”.

Müsahibimiz nəzərə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı İsgəndər raketinin Azərbaycan ərazisinə atılması, Ermənistana silah yardımı göstərilməsi kimi nümunələr bu münasibətlərin obyektiv qiymətləndirilməsinə ehtiyac yaradır. İ.Orucov onu da qeyd edib ki, Xocalı soyqırımı zamanı və torpaqlarımızın 20 faizinin işğala məruz qalmasında da Rusiya siyasi dairələrinin rolu danılmazdır:

“Bu hadisələr fonunda, Azərbaycan vətəndaşının səbrinin də bir həddi mövcuddur. Görünən odur ki, Rusiya dövləti hegemon, əzmək, güc göstərmək yolunu tutubdur. Belə olan halda biz necə ola bilər ki, buna susqun münasibət göstərək?! “

Rus dili təhsilinin aradan götürülməsinin hər zaman əleyhinə olduğunu deyən ekspert izah edib ki, Rusiyada yaşayan milyonlarla soydaşımızla yanaşı, iqtisadi, elmi və mədəni əlaqələrimiz də bu dili bilmək zərurətini göstərir. O əlavə edib ki, lakin baş verən hadisələr fonunda artıq bu məsələyə də siyasi prizmadan baxmaq məcburiyyətindəyik:

“Rusiyanın digər şəhərlərində də azərbaycanlılara qarşı zorakılıq, ayrı-seçkilik və təzyiqlərin artması, onların haqsız yerə günahlandırılması kimi hallar barədə siqnallar gəlir. Belə bir münasibət sərgiləyən dövlətin dilinə qarşı ölkəmizdə necə xoş münasibət ola bilər?! Ölkəmizə qarşı çirkin siyasət var və rusdilli təhsil müəssisələrinə münasibətlərimizi artıq korrektə etməliyik. İlham Əliyevin çox məşhur bir sözü var: Bizim bir ailəmiz var. Bu da türk ailəsidir. Artıq qalib dövlətlə bu tonda danışmaq məsələsinə nöqtə qoyulmalıdır. Qoyulan nöqtələrdən biri də rusdilli təhsilə olan münasibətdə özünü göstərməlidir”.

Həmsöhbətimiz Azərbaycan insanının çox böyük ürəyə və humanist dəyərlərə malik bir xalq olduğuna diqqət çəkib. Onun fikrincə, bəzən özümüzü qiymətləndirə bilmirik və biraz dərinə getdikdə görürük ki, biz nəqədər böyük mənəviyyata malik bir xalqıq:

“Amma mənaviyyatımız var deyə, hansısa mənəviyyatsız bir dövlətlərin, xalqların, siyasi dairələrin bizlə rəftarı beləmi olmalıdır? Bunun cavabı olmamalıdırmı? Təbii ki, olacaq. İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində Azərbaycan insanı dayanır. Azərbaycan insanına münasibət hansısa dövlətdə pis olacaqsa, dövlət başçımız öz qərarını verəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, o, hər bir azərbaycanlının Prezidentidir. Əgər ölkəmizin vətəndaşına qarşı haqsızlıq edilirsə, dövlət başçısı da lazım olan siyasi qərarları verəcək. Bu qərar həm də rusdilli təhsil müəssisələrinə münasibətdə olacaq”.

İlqar Orucov: Rusdilli təhsil müəssisələrinə münasibətlərimizi artıq korrektə etməliyik

İ.Orucovun sözlərinə görə, şovinst, anti-insani davranışlar artıq o həddə çatıb ki, günün günorta çağı insanlarımızın evinə girirlər, talan edirlər, insanlara zor tətbiq edərək onları qətl edirlər. Həmçinin günahsız insanları döyərək təhqiramiz davranışlar tətbiq edərək zorla onlardan cinayətkar düzəltmək istəyirlər.

Bunun arxasında siyasi maraqlar dayandığını vurğulayan ekspert əlavə edib ki, bu, sıradan bir hadisə deyil və əgər kiminsə bu cinayətdə əli olubsa, məhkəməsi olmalıdır.

“Bu nə cür hüquqi dövlətdir? Bu vəhşi bir dövlətdir və o insanları zorla Ukraynada müharibəyə cəlb etmək istəyi hansı insanlığa sığır? Günün günorta çağı bizim təyyarəmizi mülki təyyarəmizi vurdular. Nə qədər insanlarımız orada şəhid oldu, dünyasını dəyişdi, təyyarəmizi zorla Xəzər dənizində batırmaq istədilər. Rusun İsgəndər raketinin Azərbaycan ərazisində nə işi var idi? Təbii ki, bunlar təxribatdır. Bunlar ölkələrarası münasibətlərdə gərginlik yaratmaq istəyidir və bunun arxasında Rusiyanın, təbii ki, siyasi dairələri dayanır”.

Müasahibimiz hesab edir ki, rus dilini öyrənmək istəyən gedib öyrənəcək və o, rus dilinin öyrənilməsinin əleyhinə deyil.

“Biz nə qədər görməməzlikdən gəlsək də, səbr nümayiş etdirsək də, artıq bunu qeyd etdiyim kimi, səbrin də bir limiti olmalıdır və biz münasibətlərimizə baxmalıyıq. Təhsil sahəsində də, iqtisadi sahədə də münasibətlərimizə baxmalıyıq”.

Dünyanın təcrid etdiyi bir ölkənin bu gün yenə də əməllərindən geri qalmadığını söyləyən İ.Orucov bildirib ki, Rusiya dövlətinin hazırda qonşu ölkələri ilə normal və mehriban bir münasibəti yoxdur. Müsahibimiz əlavə edib ki, digər dövlətlərin, qonşu ölkələrin daxili işlərinə burnunu soxur. Onların siyasətini, dövlətlərinin xarici siyasətinin müəyyənləşməsində diktəedici rolda özünü göstərmək istəyir. Amma Azərbaycana qarşı bunlar artıq keçərli deyil. Azərbaycan dövlətinin güclü dövlət başçısı var, müstəqil siyasəti var. Azərbaycan, vətəndaşına yönəlmiş dövlət siyasi xətt yeridir:

“Belə olduğu təqdirdə görünən odur ki, biz də rusdilli təhsil məsələsində sözümüzü deməliyik. Biz bu dilə təhsil dili kimi, elm dili kimi, mədəniyyət dili kimi baxırdıqsa, artıq Azərbaycan xalqına qarşı zalım münasibət bildirən bir dövlətin dili kimi baxmaq məcburiyyətində qalacağıq”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri