Rus sərhədçilər çəkilir, İrəvan əsgər axtarır
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Zəngəzur, Şirak, Lori və Tavuş bölgələrindəki bölmələrinə xidmət üçün qəbul elan edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Elana görə, xidmətə Ermənistan vətəndaşı olan, hərbi xidməti keçmiş 45 yaşadək kişilər qəbul edilir.
Xidmət növbəli rejimdə həyata keçirilir (15 gün növbə, 15 gün istirahət). Xidmət edənlər müqavilə əsasında hərbçilər üçün nəzərdə tutulan sosial imtiyazlardan və təminatlardan yararlana bilərlər.
Qeyd edək ki, Ermənistanın İranla sərhədindən də rus sərhədçilərin 1 yanvar 2025-ci ilə qədər geri çəkiləcəyi gözlənilir. Ermənistan isə öz sərhədlərini qorumaq üçün əsgər tapmaqda çətinlik çəkir.

Moskva açıqladı İrəvan geri çəkilir
16 Noyabr 2024 11:55
Bakı və İrəvan anti Rusiya siyasətindən geri çəkilir
03 Aprel 2025 18:07
İrəvan buna məcbur oldu: Missiya bu ərazilərdən çəkilir
25 Noyabr 2024 12:27
Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir
09 İyul 2025 07:00
Zabitlər Moskvaya çağırıldı Rus qoşunları geri çəkilir
02 Dekabr 2024 14:13

