Icma.az
close
up
RU
RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”... Anti Azərbaycan isterikasının “fədaisi” Mironovu üstümüzə kimlər qısqırdır?

RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”... Anti Azərbaycan isterikasının “fədaisi” Mironovu üstümüzə kimlər qısqırdır?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya siyasətində Azərbaycan auditoriyası üçün o qədər də tanınmayan və maraqlı olmayan xeyli “siyasətçi” statusu daşıyan individlər var. Belələrini bizim media və cəmiyyət geniş mənada daha çox Azərbaycanın əleyhinə səsləndirdikləri fikirlərdən, iftira və böhtanlardan, təhqir və təhdidlərdən sonra tanımağa başlayır. Ümumilikdə isə bu camiyədə bir-iki nəfəri çıxmaq şərtilə, lehimizə danışanlar zatən yoxdur...

Anti-azərbaycan isterikasının önündə yer tapmağa və bununla həm də Rusiyadakı şovinist, millətçi elektorat qarşısında xal qazanmağa çalışan “siyasətçilər”dən biri də son zamanlar özünü Azərbaycana və Azərbaycan diasporuna qarşı Kremlin elan etdiyi “səlib yürüşü”nün ön cərgələrinə soxuşduran Sergey Mironovdur.

Özünün ədalət, vicdan, qeyrət anlayışı ruslar demişkən “plintusdan da aşağı olan” bu naftalin qoxulu “siyasətçi” ədalətin çoxdan “qırmızı kitab”a düşdüyü, həqiqətin isə çirkabla, ətrafdakı xalqlara qarşı nifrətlə ört-basdır edildiyi Rusiya siyasətində “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri və Dumadakı eyni adlı fraksiyanın başçısıdır.


Vaxtilə hərbi xidmətini Azərbaycanda keçirmiş 1953-cü il təvəllüdlü və “zastoy” təfəkkürlü bu şəxsin Azərbaycana və azərbaycanlılara qarşı nifrətinin arxasında nələrin durduğunu anlamaq çətindir. Ola bilsin, Azərbaycandakı əsgərliyi dövründən hansısa psixoloji, bəlkə də fiziki travmaları qalıb... Lakin onun hazırkı anti-Azərbaycan isterikasının həmin travmalar deyil, sifariş əsaslı olduğu heç bir şübhə doğurmur.

Mironov son dövrlərdə ilk olaraq Yekaterinburqda azərbaycanlılara qarşı edilən vəhşiliklərdən sonra “boy göstərməyə” başladı. Əvvəlcə sosial şəbəkədə “fəxrlə” yazdı ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb. Daha sonra bildirdi ki, onun müraciətinin əsas mövzusu bütün Azərbaycan diasporunun yoxlanılmasıdır.

Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir. Mironov deyib ki, hazırda yoxlamaların nəticələrini gözləyir.

Bundan bir neçə gün sonra isə o, Şuşadakı Media Forumunda iştirak etdiyinə və Azərbaycan Prezidentinin ünvanına xoş sözlər söylədiyinə görə, TASS-ın baş direktorunun keçmiş birinci müavini, əslən Bakıdan olan Mixail Qusmanın Rusiyanın dövlət mükafatlarından məhrum edilməsi təşəbbüsü ilə çıxış etdi. Onun sözlərinə görə, həta bunun üçün Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik etmək lazımdır: “Rusiya Prezidentinə təkcə dövlət mükafatlarını təqdim etmək deyil, həm də onlardan məhrum etmək hüququnun verilməsinə ehtiyac var”.

Bir sözlə, bu şəxsin Azərbaycana və azərbaycanlılara qarşı açıq nifrətini, düşmənçiliyini, təxribatçı fəaliyyətini görməmək mümkün deyil. Bəs bunun özü kimdir, Rusiyada nə ilə və necə tanınır?


Bu boz və istedadsız adamın karyerasının əsas həlledici məqamı və “uğuru” onun vaxtilə “banditski Petrburq”da Vladimir Putinlə tanış olmasıdır. İndiki Rusiya başçısının Peterburqdan özü ilə Moskvaya gətirdiyi çoxsaylı tanışlarından biri olan Mironov 2000-ci il prezident seçkiləri zamanı Vladimir Putinin Sankt-Peterburqdakı seçki qərargahının rəhbərinin müavini olub.

2004 və 2012-ci illərdə isə “qondarma” namizəd kimi, rəqabət görüntüsü yaratmaq üçün prezident seçkisində iştirak edib və hər dəfə də ən sonuncu yerə layiq görülüb. Buna baxmayaraq, Putin onu xeyli irəli çəkib və hətta 2001-2011-ci illərdə Mironov məhz Putinin təqdimatı ilə Rusiya Federasiya Şurasının sədri də “seçilib”.

Lakin sonradan Mironovun ulduzu yavaş-yavaş sönməyə başlayıb. Hazırda Dumada “vaxt öldürən” Mironovu rusiyalılar daha çox “çılğın özəl həyatı olan qoca kaftar” kimi tanıyırlar.

Belə ki, yaşı 73-ü haqlayan bu “ağsaqqal” artıq 5 dəfə evli olub. Bu evliliyin dördüncüsü daha maraqlıdır. Belə ki, Mironov özündən 31 yaş(!) kiçik jurnalist Olqa Radievskaya ilə rəsmən nikah qurub. Hətta həmin xanımın (guya) ondan uşaq doğduğu da deyilir... Ancaq biz bu cür dedi-qoduların arxasınca getmədən bir faktı nəzərə çatdırmaq istərdik ki, Mironov beynəlxalq qurumlar tərəfindən uşaq oğurluğu maddəsilə ittiham olunan ilk Rusiya siyasətçisi sayılır.


Belə ki, Mironov yeni, 5-ci arvadı ilə birgə 2022-ci ildə işğal olunmuş Xersondan 10 aylıq ukraynalı qız uşağını qanunsuz olaraq Rusiyaya aparıb və adını dəyişib. Xersondan oğurlanan uşaqlarla bağlı araşdırma aparan jurnalistlər bu faktı rəsmən qeydə alıblar. Mironov özü bu faktı həyasızcasına inkar edib və araşdırmanı “saxta” adlandırıb. 

Həmin vaxt 70 yaşlı deputatın və onun 55 yaşlı arvadının bu hərəkəti daha əvvəl Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi qiymətləndirilib. İstintaq müəyyən edib ki, 2022-ci il avqustun sonunda Mironovla hələ rəsmi nikahda olmayan İnna Varlamova işğal altındakı Xerson vilayətindəki uşaq evinə baş çəkib. Onlar Xersondan Moskvaya iki uşağı - 10 aylıq Marqarita Prokopenko və iki yaşlı İlya Vaşçenkonu qanunsuz olaraq çıxararaq aparıblar...

Bundan əlavə, Mironovun adı korrupsiya əməllərində də dəfələrlə hallandırılıb. Onun Moskvanın ən prestijli ərazilərində çoxsaylı mülklərinin olduğu bildirilir. Onun təkcə 4-cü arvadına bağışladığı mənzilin qiyməti təxminən 350 milyon rubl, yəni, 4 milyon dollardan bahadır. Bu barədə bir müddət əvvəl “The Insider” nəşri məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, təkcə bu məbləğ Mironovun illik rəsmi gəlirlərindən 70 dəfə çoxdur. Bundan əlavə, nəşr yazır ki, “ədalət və həqiqət aşiqi” Mironov özündən 31 yaş kiçik 4-cü arvadına elit “Porsche Panamera” və “BMW”-nin son modeli də daxil olmaqla, bir neçə bahalı avtomobil də bağışlayıb.

Bir sözlə, korrupsiya, uşaq oğurluğu, yalan, saxtakarlıq, məddahlıq, simasızlıq və digər “keyfiyyətləri” ilə xirtdəyə qədər çirkab içində olan birisi Azərbaycana və azərbaycanlılara dil uzadır. Azərbaycanın üzərinə məhz beləsinin və bunun kimilərin qısqırdılması bir yandan məyusedicidirsə, digər yandan da başadüşüləndir. Çünki şər, böhtan, düşmənçilik və digər alçaq işlər hər zaman alçaq könüllülərə tapşırılır...

Ümumiyyətlə, SSRİ dövrünü xatırlayan nəslin qarşısına Mironov soyadı çıxanda, ilk ağla gələn olduqca istedadlı və tanınmış aktyor, milyonların sevimlisi olmuş Andrey Mironov olur. Təəssüf ki, həmin Mironov bu ədalətsiz dünyada cəmi 46 il yaşadı, xəstəlikdən zamansız dünyasını dəyişdi və indi bu soyad Sergey Mironov kimi simasız “ədalət carçısı” ilə asossasiya olunur...

Cəlal Məmmədli

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Avqust 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see236

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see226

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri